İlham Zəkiyev: Yüksək nəticələrimizlə nümunə olmalıyıq

IV İslam Həmrəyliyi Oyunlarına artıq sayılı günlər qalır. Komandamız müsəlman dünyasının bu mötəbər yarışında yüksək nailiyyətlər əldə etmək üçün bütün səylərini toplayaraq məşqlərini davam etdirir. Doğma divarlar arasında keçiriləcək bu möhtəşəm idman tədbirində hər bir idmançımızın arzusu ona bəslənilən etimadı doğruldaraq fəxri kürsünün ən yüksək pilləsində xalqın təbriklərini qəbul etmək, ölkəmizin bayrağını yüksəklərdə dalğalandırmaq və himnimizi səsləndirməkdir.

Dünya şöhrətli paracüdoçumuz, ikiqat Paralimpiya, ikiqat dünya və altıqat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi, “Şöhrət” ordenli İlham Zəkiyev doğma divarlar arasında keçiriləcək bu məsul yarışlarda iştirakı ilə bağlı fikirlərini oxucularımızla bölüşdü:

– Mayın 12-dən 22-nədək Bakıda keçiriləcək bu böyük yarışda iştirak edəcək idmançılarımızın hər biri çox gözəl başa düşür ki, bizə böyük etimad göstərilib. Dünyanın ən inkişaf etmiş idman ölkələrindən biri olan Azərbaycanın ev sahibliyi edəcəyi bu yarışda yüksək nəticələrimizlə nümunə olmalıyıq. Üzərimizə düşən bu böyük vəzifələri yerinə yetirmək üçün məşqlərimizi davam etdiririk. Ayın ­13-də tatamiyə çıxacağam və yarışa hazırlığımı məşqçilərim yüksək qiymətləndirirlər. Rəqiblərimizdən Türkiyə, İran, Özbəkistan cüdoçularının adlarını çəkə bilərəm. İdmançılar bəzən rəqiblərini zəif və güclüyə bölürlər. Bu düzgün deyil. Çünki rəqibə zəif baxan idmançıdan qələbə üz döndərir.

Paracüdoçu hazırlıqla bağlı komandaya yaradılan yüksək şəraiti də vurğuladı:

– Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev başda olmaqla federasiya rəhbərliyi, Milli Paralimpiya Komitəsi yüksək səviyyəli məşqlərimiz üçün hər bir şərait yaradıb. Olimpiya yığması ilə təlim-məşqlərimi davam etdirirəm. Bizim vəzifəmiz isə bu mötəbər yarışda qələbə qazanıb dövlətimizin bayrağını yüksəklərdə dalğalandırmaq, himnimizi səsləndirməkdir. İlk Avropa Oyunlarında qəhrəman idmançılarımız böyük uğur əldə etdilər. Yığmamız Avropanın ən güclü komandaları arasında ikinci nəticəni göstərdi.

Əminəm ki, idmançılarımız xalqımızı, Azərbaycan Prezidenti İlham Əliyevi  bu dəfə də böyük qələbələri ilə sevindirəcəklər. Xalqımıza müraciət edib bu ciddi sınaqda bizi tək qoymamağa, dəstəkləməyə çağırıram.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında