“Ermənistan işğalın üstünü örtmək üçün əlindən gələni etməyə çalışır”

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniçin APA-ya müsahibəsi

– Azərbaycan Prezidenti XX Avrasiya İqtisadiyyat Zirvəsinə göndərdiyi məktubunda  bildirir ki, “ən təhlükəlisi odur ki, Ermənistan rəhbərliyi ərazi iddiasından başlamış bu münaqişəni xristian-müsəlman  qarşıdurması kimi qələmə verərək qlobal qarşıdurma yaratmağa səy göstərir”. Ermənistanın bu məkrli cəhdi barədə Siz nə demək istərdiniz?

– Əlbəttə ki, qarşı tərəf işğalın üstünü örtmək üçün əlindən gələni etməyə çalışır. Problemi mümkün olan variantda həll etmək lazımdır. Mümkün olan variant isə məsələni sülh yolu ilə həll etməkdir, oturub sülh müzakirələri aparmaqdır. Mən Bakıda olarkən bu barədə Prezident Əliyevlə danışmışam. Azərbaycanın bu istiqamətdəki mövqeyini aydın şəkildə başa düşürəm. Məncə, danışıqları, müzakirələri davam etdirmək lazımdır, bu, ən real yoldur. Münaqişəyə fərqli rəng vermək cəhdləri ola bilər. Ancaq burada fərqli dinlər arasında münaqişənin olduğunu söyləmək mümkün deyil.

– Prezident Əliyevin məktubunda Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün Azərbaycanın qərarlılığı vurğulanır. Bu sahədə vəziyyəti necə dəyərləndirirsiniz?

– Biz bu barədə də danışmışdıq. Təbii qazın o dəhlizdən Albaniyaya, oradan İtaliyaya getməsi barədə fikir mübadiləsi aparmışdıq. Albaniyadan sonra potensialı yüksək olan xətt Monteneqrodan Bosniya-Herseqovinaya, oradan Xorvatiya və Avstriyaya keçəcək xətdir. Bu, kifayət qədər maraqlı layihədir. Xüsusən, indiki zamanda Bolqarıstandan Avropa İttifaqına getməsi planlaşdırılan “Cənub axını”nın olduğu yerdə, bu layihə daha da önəm qazanır. Biz mümkün olduğu qədər fərqli mənbələrdən qaz tədarük etməyə çalışmalıyıq. Anladığım qədər, ilk şərt bundan ibarətdir ki, Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro layihə ilə bağlı müştərək yanaşma nümayiş etdirməlidirlər. Biz birləşərək ortaq maraqlarımıza xidmət etməliyik, maraqlarımızı birlikdə həyata keçirməliyik. Məncə, bu, baş verəcək.

– Siz Qarabağ probleminin həlli üçün danışıqların davam etdirilməsinin tərəfdarısınız. Lakin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin heç biri həyata  keçirilməyib. Bu vəziyyətdə danışıqları davam etdirmək problemi həll edəcəkmi?

 – Biz eyni problemlərin içindən gələn xalqlarıq. Bosniya da eyni problemi yaşamışdı. Mən buna əminəm: danışıqlara tez başlamaq gec başlamaqdan həmişə yaxşıdır. Problemi danışıqlar yoluyla həll etmək yeganə yol olmalıdır. Konfliktləri həll etmək üçün nə qədər müharibə aparılsa da, sonda yenə danışıqlar olur. Mən bu problemin beynəlxalq təşkilatlarda daha fəal şəkildə müzakirə edilməsinin tərəfdarıyam. Bu, əlbəttə ki, asan proses deyil. Beynəlxalq ictimaiyyət də problemin ədalətli şəkildə həll edilməsi üçün birləşməlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında