Aprel döyüşçüsü Yaşar Ağayev: dövlətimə minnətdaram

Aprel döyüşlərində yaralanmış, müalicəsi davam etdirilən Yaşar Ağayevlə bu günlərdə İsmayıllı şəhərində görüşüb söhbət tdik. Müsahibimiz bildirdi ki, 2005-ci ildə şəhər 6 saylı tam orta məktəbi bitirib.

 Həmin ildə də Bakıdakı Olimpiya İdman Liseyinə daxil olub, boks üzrə yarışlarda müxtəlif mükafatlara layiq görülüb. İdmana həvəsi və meyli onu həmişəlik Azərbaycan Ordusuna bağlayıb. 2007-ci ildə hərbi xidmətə çağırılıb, 2008-ci ildə öz istəyi ilə gizirlik kursuna gedib, kiçik miçman rütbəsi alıb, müxtəlif illərdə ABŞ-da, Pakistanda, Rumıniyada təlim kurslarında olub. 2016-cı il aprel döyüşlərində-Böyük qələbəyə aparan hücumda iştirak edib. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinin icrasında iştirak etdiyi üçün qürur hissi keçirdiyini bildirdi.

Müsahibimiz söhbət əsnasında bildirdi ki, müharibə qansız-qadasız, şəhidsiz olmur. Neçə-neçə Vətən övladı aprel döyüşlərində şəhid oldu, ağır yaralandı. Lakin qələbənin başlanğıc yoluna çıxdıq. Mən də başımdan ağır yara aldım. Minnətdaram dövlətimə, Prezidentimə ki, onların qayğısı sayəsində ölümdən qayıtdım. 2016-cı ilin iyul ayında Gülhanə Tibb Akademiyasına müalicəyə göndərildim, oktyabr ayında müalicəmi davam etdirmək üçün canımdan artıq sevdiyim Azərbaycana qayıtdım. İndi İsmayıllıdayam. Hər kəsdən diqqət görürəm. İmkan daxilində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasında iştirak edirəm. Özüm İsmayıllıda, fikrim döyüş bölgəsində, ön cəbhədədir. Ümid edirəm ki, tezliklə sağalacam və yenidən döyüşkən ordumuzun ön sırasında olacağam.

Allah şəhidlərimizə rəhmət eləsin!

Vətən sağ olsun!

Böyük qələbə uğrunda xalqımıza səfərbərlik arzulayıram.

İlqar MUSAOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında