Həsən Ruhani: Azərbaycan Respublikasının iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisi başlayacaq

“Rəşt-Astara dəmir yolunun tikintisi Azərbaycan Respublikasının iştirakı ilə başlayacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani dünən Gilan əyalətinə səfəri çərçivəsində deyib. O bildirib ki, Qəzvin-Rəşt dəmir yolunun cari ildə açılışı, eləcə də Rəşt-Astara dəmir yolunun tikintisi Rusiyaya səfər zamanı bu ölkənin rəhbərliyi ilə müzakirə olunub: “Bu tranzit dəmir yolunun tikintisinin başa çatması nəticəsində İranın Bəndər Abbas limanı Moskva ilə birləşəcək. Bu dəmir yolu vasitəsilə Hindistandan yüklər daşınacaq”.

Prezident qeyd edib ki, bu layihələrin həyata keçirilməsi ilə Gilan əyalətində iqtisadi, ictimai və mədəni dirçəlişin şahidi olacağına ümid edir.

Qeyd edək ki, İran Prezidenti Gilanda 17 layihənin açılış mərasimində iştirak etmək üçün bu əyalətə gedib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında