Musa QULİYEV: Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün hər cür şərait yaradılıb

Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahədir və ölkədə kiçik və orta sahibkarlığa göstərilən dəstək əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılmasını təmin edir. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

Deputat bildirib ki, qeyri-neft sektoru daha da inkişaf etdirilməlidir: “Qeyri-neft sektorunun inkişafı eyni zamanda, sosial məsələlərin həllini sürətləndirir, əhalinin sosial vəziyyətini yaxşılaşdırır. Əsas iş yerlərini də qeyri-neft sektorlarında axtarmalıyıq. Əhalinin məşğulluqla təminatında prioritet istiqamət qeyri-neft sektoru olmalıdır”.

M.Quliyev bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafına kifayət qədər dəstək göstərilir. O qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kreditlər verilir: “Bu kreditlər hesabına yeni müəssisələr yaradılır, iş yerləri açılır. Bu fəaliyyətlərin nəticəsidir ki, 2017-ci ilin ilk iki ayında qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb”.

Deputat əlavə edib ki, qeyri-neft sektoru məhsullarının ixracı da vacib məsələlərdən biridir: “Azərbaycanın bir çox ölkələrlə ticarət dövriyyəsi var. Əlbəttə, qeyri-neft sektoru məhsullarının həmin ölkələrə ixracının artırılması həm qeyrı-neft sektorunun inkişafı, həm də ölkəmizə valyuta axınının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bunun üçün dövlət sahibkarlar üçün hər cür şərait yaradıb”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında