Ekspert: Aprel döyüşləri ordumuzun istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu göstərdi

2016-cı ilin aprel döyüşləri Ermənistanın “qalib” sindromunu sındırmaqla yanaşı, Azərbaycan Ordusunun gücünü göstərdi. Əməliyyatların təhlili göstərir ki, ordumuz qısa müddətdə bütün döyüş tapşırıqlarını şərəflə yerinə yetirərək mühüm yüksəklikləri düşməndən azad etməyi bacardı.

Bu fikirləri hərbi ekspert, “Azeri Defence” jurnalının bas redaktoru Rəşad Süleymanov AZƏRTAC-a açıqlamasında bildirib. Ekspert deyib ki, döyüşlər Azərbaycan Ordusunun hərbi-texniki, döyüş, taktiki və peşə hazırlığı, qarşılıqlı döyüş əlaqələndirilməsi üzrə düşmən üzərində tam üstünlüyünü açıq şəkildə ortaya qoydu. Nəticə etibarı ilə Ermənistanın öz “hərbi qüdrəti” barədə 20 il iddia etdiyi “məğlubedilməzlik kompleksi” və “Ohanyan xətti” mifi darmadağın edildi. Hərbçilərimiz aprel döyüşlərində fərdi şücaətlər göstərməklə yanaşı, ordumuzun arsenalında olan ən son silahlardan, başqa sözlə desək, “beşinci nəsil” silahlardan istifadə edərək son illərdə əldə olunan müasir silah sistemlərinə bacarıqla yiyələndiklərini nümayiş etdirdilər.

Lələtəpə yüksəkliyinin azad edilməsinin strateji əhəmiyyətindən danışan ekspert deyib: Bununla da Horadiz şəhəri, ətraf kəndlər, dəmiryol stansiyası və avtomobil yolları düşmənin açıq hədəfi olmaq təhlükəsindən qurtarıb. Azərbaycan Ordusu, eyni zamanda, Cəbrayıl və Füzuli istiqamətində düşmənin işğalı altındakı geniş ərazini nəzarət altında saxlamaq imkanı əldə edib. Talış kəndi ətrafında yüksəkliklərin azad olunması hesabına Tap Qaraqoyunlu kəndi düşmənin hədəfi olmaqdan xilas edildi və ordumuz yüksəkliklərdə yeni mövqelər əldə etməklə bu istiqamətdə düşmənin hərəkətini məhdudlaşdırmağa nail oldu”.

R.Süleymanov qeyd edib ki, Azərbaycan Ordusunun bölmələri aprel döyüşləri zamanı əməliyyatları həm cənubda – Lələtəpə, həm də şimalda Talış kəndləri istiqamətlərində əlavə qüvvə cəlb etmədən, əraziyə cavabdeh briqadaların iştirakı ilə aparıb. Bu bir daha onu deməyə əsas verir ki, ordumuz işğal altındakı ərazilərdə, özü də strateji yüksəkliklərdə mövqe tutmuş, orada illərdən bəri möhkəmləndirmə işləri aparmış düşməni kiçik qüvvə ilə darmadağın etməyi bacarıb.

“Hesab edirəm ki, aprel döyüşlərinin əsas yekunlarından biri də düşmən üzərində hərbi və psixoloji üstünlüyə nail olmağımızdır. Bununla yanaşı, həmin döyüşlər Azərbaycanın daxilindəki milli həmrəyliyi, Qarabağ münaqişəsi məsələsində xalqın iqtidarla sarsılmaz birliyini dünyaya göstərdi. Düşünürəm ki, döyüş əməliyyatlarının bir daha təkrarlanacağı təqdirdə ordumuz qısa müddətdə düşmənə ağır zərbələr endirərək respublikamızın ərazi bütövlüyünü təmin edəcək”, - deyə R.Süleymanov bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında