Aleksandr Kvasnievski: BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinə əməl olunmalıdır

BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinə əməl olunmalıdır. Təəssüflər olsun ki, bu qətnamələr yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurası problemin həllində səylərini artırmalıdır.

Bu fikirləri jurnalistlərə müsahibəsində Beşinci Qlobal Bakı Forumunda iştirak edən Polşanın sabiq prezidenti Aleksandr Kvasnievski səsləndirib.

Azərbaycan ilə Polşa arasındakı əlaqələrin mövcud səviyyəsindən məmnunluğunu dilə gətirən Aleksandr Kvasnievski forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verəcəyini bildirərək deyib: “Hazırda Polşa rəhbərliyi ölkənizlə əlaqələrin daha da möhkəmləndirilməsinə çalışır. Polşa Azərbaycanı beynəlxalq arenada hər zaman dəstəkləyir və siyasi-iqtisadi əlaqələrimizin daha da inkişaf etdirilməsində maraqlıdır. Polşada təbii qaz təchizatının şaxələndirilməsinə ehtiyac var. Biz bu sahədə Azərbaycanın təcrübəsindən yararlana bilərik. Bizim turizm sahəsində də əlaqələrin genişləndirilməsi üçün böyük potensialımız var”.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında