“Qlobal Bakı Forumu beynəlxalq problemlərin müzakirəsi üçün geniş meydandır”

Dünən Bakıda V Qlobal Bakı Forumu öz işinə başlayıb. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə baş tutub. Forumun işində 50 ölkədən 260-dan çox qonaq – dövlət və hökumət başçıları, nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər.

Forum çərçivəsində terrorizmə qarşı mübarizə yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq. Əməkdaşımız forum iştirakçılarının tədbirlə bağlı fikirlərini öyrənib.

Katerina Yuşşenko, “Ukrayna Üç Min” Fondunun prezidenti, Ukraynanın sabiq birinci xanımı:

– Bakıda belə bir forumun keçirilməsini yüksək qiymətləndirirəm. Çünki burada iştirak edən təсrübəli insanlar bir-biri ilə görüşərək fikir mübadiləsi aparmağa, öz təсrübələrini bölüşməyə imkan tapırlar. Məsələ bundadır ki, dünyada sivilizasiyalararası konfliktlər gündən-günə daha da ağırlaşır və onların müzakirə edilərək həllinin tapılması aktual məsələyə çevrilir. Belə problemlərin həllində isə dövlətlərarası dialoqun rolu böyükdür. Mən deyərdim ki, müxtəlif xalqların düşünən başlarını  bir araya gətirən belə  forumların Azərbayсanda keçirilməsi ölkə üçün böyük uğurdur.  Eyni zamanda, Qlobal Bakı Forumu beynəlxalq problemlərin müzakirəsi üçün geniş meydandır.

Azərbayсan bu cür beynəlxalq forumlara ev sahibliyi etməklə dünyada sülh və sabitlik yaradılması işinə mühüm töhfələr verir. Biz artıq yaxşı bilirik ki, Azərbayсanda əsrlər boyu müxtəlif millətlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayıblar. Ölkə dünyada özünün toleranlığı ilə ad qazanıb. Mənim ölkəm də müxtəlif xalqların mehriban qonşuluq şəraitində yaşadığı bir ölkədir. Ancaq təəssüf ki, Azərbaycanda olduğu kimi, Ukraynada da münaqişə toxumu səpə bildilər. Biz birgə səylərlə bu münaqişələrin həllinə açar tapmalıyıq. 

Söhbəti yazdı:
Paşa ƏMİRСANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında