Jan-Fransua Mansel: Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsini verə bilər

Prezident İlham Əliyevin Fransaya səfəri ilə bağlı Fransa parlamentinin üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti cənab Jan-Fransua Mansel bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərinin indiki səfərinin yaratdığı ümidlər fonunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmasını tələb edən sənəddə deyilir:

– Respublika Prezidentinin dəvəti ilə Ermənistan və Azərbaycan prezidentlərinin ölkəmizə ardıcıl səfərləri bəzi həqiqətləri tam qərəzsiz şəkildə xatırlatmaq və bir arzumu ifadə etmək üçün bir fürsətdir.

Öncə həqiqətlər barədə. 1990–1992-ci  illərdə Ermənistan silah gücünə Azərbaycanın ümumi ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal etmişdir. Bunlar 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının dalbadal dörd qərarı ilə pislənmişdir. İşğal nəticəsində bir milyona yaxın mülki azərbaycanlı hər şeyini itirmiş və bir daha öz doğma torpaqlarına qayıda bilməyən bu insanlar bu gün də qaçqın və məcburi köçkün həyatı yaşamaqdadırlar.

Ən dəhşətlisi isə odur ki, Ermənistan 1992-ci il fevralın 26-da 613 nəfər mülki şəxsin–kişi, qadın və uşaqların vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnən Xocalı soyqırımını törətmişdir. Bunu bir qədər sonralar Ermənistanın prezidenti olmuş Serj Sarkisyan 2000-ci ildə belə etiraf etmişdi: ”Xocalı hadisələrindən əvvəl azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat edə bilərlər, onlar ermənilərin mülki əhaliyə hücum edəcəyinə inanmırdılar. Biz bu inamı (stereotipi) qıra bildik. Baş verənlərin hamısı çox yaxşıdır.”

Beləliklə, nə qədər  güclü olsalar da, Fransadakı erməni diasporunun nümayəndələri işğalçıları “işğala məruz qalmışlar”, cəlladları isə “məsum qurbanlar” kimi qələmə verərək həqiqətə başqa don geyindirə bilməzlər!

Azərbaycanda demokratiya ilə bağlı  tənqidi fikirlər səsləndirənlər hansı haqla hakimiyyətin seçki ilə formalaşdığı, hələ 1918-ci ildə qadınlara seçki hüququ vermiş, 1998-ci ildə ölüm hökmünü ləğv etmiş, başqa yerlərdə bir-birini didib dağıdan sünnü və şiə müsəlmanların xristianlar və yəhudilərlə bir arada harmoniya və qarşılıqlı hörmət şəraitində birgəyaşamını təmin edən   müstəqil bir dövlətə bu qədər lovğalıqla dərs vermək istəyirlər? Bütün bu nailiyyətlər üçün hamı Prezident Əliyevə borcludur.

Fransa parlamenti deputatının bəyanatının sonunda bildirilir: “Nəhayət, bir arzumu da bəyan etmək istəyirəm. Ermənistanda yaşayan ermənilərin həyatı onların daim köç etdikləri parisli “vəkillərinin” həyatına nisbətən çox ağırdır. Bu barədə düşünməyin vaxtı deyilmi?

Yüz minlərlə azərbaycanlı ailələrin öz ev-eşiklərinə qayıtmasına imkan yaratmağın vaxtı deyilmi?

Hər il hər iki tərəfdən tökülən qanlara və axıdılan göz yaşlarına son qoymağın vaxtı deyilmi?

Hər şeyə rəğmən, hər iki ölkə ilə saxladığı daimi əlaqələr və beynəlxalq ictimaiyyətin ona etibar etdiyi vasitəçilik rolu sayəsində Fransa bu işə öz töhfəsini verə bilər. Hərəkətə keçməyin vaxtı çatmışdır.

Jan-Fransua Mansel, deputat, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti”.

 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında