Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində vasitəçilik rolunu davam etdirəcək

Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində vasitəçilik rolunu davam etdirəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirdiyi həftəlik brifinqdə söyləyib.

O qeyd edib ki, Rusiya vasitəçilik missiyasını RF, ABŞ və Fransa prezidentlərinin beş birgə bəyanatında şərh edilmiş müddəalar əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər dövlətlərlə qarşılıqlı fəaliyyətdə davam etdirmək niyyətindədir. M.Zaxarova deyib: “Həmin bəyanatlarda, o cümlədən, Dağlıq Qarabağ probleminin güc tətbiq edilməklə həllinin yolverilməzliyindən bəhs edilir, Ermənistan və Azərbaycan rəhbərliyinə mübahisəli məsələləri güc tətbiq etməmək və ya güc tətbiq edilməsi ilə hədələməmək, dövlətlərin ərazi bütövlüyü prinsipləri, xalqların hüquq bərabərliyi və təyini-müqəddərat hüququ əsasında həll etmək çağırışı səslənir”.

Onun sözlərinə görə, Rusiyanın müstəqil vasitəçilik səyləri mühüm məsələlər barədə Ermənistan və Azərbaycanla açıq fikir mübadiləsi aparmağa imkan verən, dərin tarixi köklərə malik olan xüsusilə yaxın münasibətləri əsasında razılaşdırılmış yanaşmalar çərçivəsində davam etdiriləcək.

RF XİN rəsmi nümayəndəsi vurğulayıb: “1994-cü ilin mayında Rusiyanın birbaşa köməyi ilə atəşkəs haqqında saziş imzalanıb. Bildiyiniz kimi, həmin saziş indiyə qədər barışığın əsasıdır. 2008-ci ildə Moskva bəyannaməsinin qəbul edilməsi bizim ölkəmizin vasitəçilik səyləri yolunda mühüm mərhələ olub. Bu bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin siyasi vasitələrlə, Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə tənzimlənməsindən danışılır. Bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı ilk və hələlik yeganə sənəddir. 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə keçirilmiş üçtərəfli görüşdə silahlı insidentlərin təhqiqatının zəruriliyi barədə qərar qəbul edilib”.

M.Zaxarova qeyd edib ki, keçən il aprelin əvvəlində məhz Rusiya Ermənistan və Azərbaycan Baş qərargah rəislərini Moskvaya dəvət edərək genişmiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında həlledici rol oynayıb. Mariya Zaxarova sonda deyib: “Bütün bu razılaşmalara riayət edilməsi davamlı tənzimləməyə nail olmağa yönəlmiş sülh prosesinin ardıcıl davam etdirilməsi üçün mühüm şərtdir”.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında