Türkiyəli deputat: Xocalı faciəsini törədənlər tarix qarşısında məsuliyyət daşıyırlar

Xocalı faciəsi XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir. Bu faciəni törədənlər tarix və beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa İsen AZƏRTAC-a müsahibəsində bildirib. Deputat deyib: “Xocalıda qoca, qadın, uşaq olmasının fərqinə varmadan dinc əhaliyə qarşı amansız cinayət törədilib. Günahsız insanlara divan tutulub. Böyük bir şəhər yerlə-yeksan edilib. Kimliyindən asılı olmayaraq, bu cinayətin təşkilində və icrasında iştirak edənlər mühakimə olunmalıdırlar. Bir nəfəri qətlə yetirən şəxs insanlığa qarşı cinayət etmiş olur. Xocalıda isə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib. Bu vəhşilik Xocalı sakinlərinin məhz müsəlman və türk olduqları üçün amansızcasına törədilib. Xocalıda neçə-neçə ailənin kökü kəsilib. Ailələr başsız, uşaqlar yetim qalıb. Dünya birliyi bu cinayəti törədənləri bağışlaya bilməz. Buna göz yummağa və yaxud güzəşt etməyə heç kimin haqqı yoxdur”.

Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında