İran XİN: Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir

“Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir”.

Bunu APA-nın sualına cavabında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, bu addım qəbulolunmazdır: “Düşünürük ki, bu addım Azərbaycan və Ermənistan arasında böhranın həllinə heç bir  kömək etməyəcək.  Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər”.

B. Qasimi xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev yaxın vaxtlarda Tehrana səfər edəcək. Onun sözlərinə görə, İranın Azərbaycana baxışı  aydın və dəqiqdir: “Bizim münasibətlərimiz möhkəmdir və çalışırıq ki, daha da inkişaf etsin”.

XİN-in sözçüsü qeyd edib ki, bu günlərdə İranın ədliyyə naziri Azərbaycanda səfərdə olub: “Cənab Prezident İlham Əliyevin İrana səfəri əlaqələrin daha da yaxşılaşmasına zəmin yaradacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında