Necdet Ünüvar: Dağlıq Qarabağda keçirilən “referendum” ermənilərin bəd niyyətini bir daha göstərir

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində fevralın 20-də keçirilən “referendum”la bağlı bəyanat yayıb.

Qondarma rejimin keçirdiyi “referendum”un beynəlxalq hüququn əleyhinə, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in prinsiplərinə zidd addım olduğunu diqqətə çatdıran Necdet Ünüvar qeyd edir ki, Xocalı soyqırımının ildönümünə bir neçə gün qalmış “referendum” keçirilməsi ermənilərin bəd niyyətini və təhrikçiliyini bir daha göstərir. İşğal faktının davam etməsi məqsədilə atılan bu addım sülh danışıqlarına güclü zərbə vurur. Bu qanunsuz “referendum”un nəticələri Türkiyə tərəfindən tanınmayacaq.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün, ilk növbədə, işğala son qoyulmalı və 1 milyondan çox qaçqın və məcburi köçkün azərbaycanlı öz ata-baba yurduna qayıtmalıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin ədalətli və uzunmüddətli həllini tapmalıdır.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağda keçirilən “referendum”u pisləyən kəskin bəyanat yayıb.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında