Sergey Markov: İşğal olunmuş Dağlıq Qarabağda “referendum” Ermənistanın simvolik və qeyri-produktiv jestidir

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda “referendum”un keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolundan kənara atılan daha bir addım, eləcə də erməni tərəfinin danışıqlar aparmamaq istəyinin göstəricisidir.

Bu sözləri Trend-ə Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı referendumu şərh edərkən deyib.

S.Markov bildirib: "Fikirləşmirəm ki, qarşıdakı “referendum” ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müsbət qarşılanacaq. İşğal olunmuş Azərbaycan ərazilərinin adlarının dəyişdirilməsi erməni tərəfinə sənədləşməni çətinləşdirməkdən başqa heç nə verməyəcək. Danışıqlar zamanı, eləcə də bütün beynəlxalq sənədlərdə bu ərazilər azərbaycanca adını saxlayacaq – Dağlıq Qarabağ”.

Ekspertin sözlərinə görə, keçiriləcək “referendum” Ermənistan tərəfinin aşağı səviyyəli peşəkarlığının göstəricisidir, və bu, simvolik və qeyri-produktiv bir jestdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında