Deputat Hikmət Məmmədov: Danford-Gerasimov görüşünün Bakıda keçirilməsi iki böyük dövlətin Azərbaycana etimadının göstəricisidir

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında mühüm görüşün məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl, bu fakt dünya siyasətini müəyyənləşdirən iki böyük dövlətin Azərbaycana olan inam və etimadının göstəricisidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) deyib.

Millət vəkili bildirib ki, dünyanın maraqla izlədiyi bu görüşün Bakıda baş tutması Azərbaycana böyük strateji dividend qazandıracaq: “Digər tərəfdən, bu görüşün Bakıda keçirilməsi Azərbaycanın hər iki ölkə ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin nəticəsidir. Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi prosesdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Ona görə də bu görüşün ən müxtəlif ölkələrdə keçirilməsi məsələsi uzun müddət müzakirə edilsə də, sonunda Bakıda baş tutması həmin arqumentlərlə bağlıdır”.

H. Babaoğlu qeyd edib ki, bununla yanaşı, Azərbaycan prezidentinin ABŞ və Rusiya prezidentləri ilə yaxşı münasibətlərinin olması, ABŞ və Rusiya prezidentlərinin Azərbaycan prezidenti ­İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul etməsi, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmələri qlobal hərbi-strateji əhəmiyyəti olan belə bir görüşün Bakıda keçirilməsini zəruri edib: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bu qurumda iki illik rəhbərliyi dövründə öz missiyasını və vəzifəsini uğurla yerinə yetirməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş imicini qazanması, regionda ən müxtəlif hərbi siyasi qütblərdə dayanan iki hərbi siyasi təşkilatlanmanın, NATO və KTMT maraqlarının uzlaşdırılmasında xüsusi rol oynaması, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında yaxından iştirak etməsi, eyni zamanda üçtərəfli formatda yeni əməkdaşlıq platformaları yaratması ölkəmizi tərəfdaşlıq üçün cazibədar məkan kimi tanıdıb və bu, Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında