Əli Əhmədov: Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda “referendum”u tanımayacaqlar

Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda qanunsuz "referendum"u tanımayacaqlar.

Bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib: "Həqiqət ondan ibarətdir ki, bütün dünya, beynəlxalq qurumlar birmənalı şəkildə dərk edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, müvafiq qətnamələrdə də öz əksini tapıb. Problemin bu günə qəqər həll olunmaması bu yanaşmanın dəyişməsi anlamına gətirmir. Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər, Azərbaycan dövləti və Azərbaycan xalqı da qəti şəkildə Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Heç bir qarış torpağımız Azərbaycan ərazisindən qoparılıb ayrıla bilməz".

Baş nazirin müavini vurğulayıb ki, Dağlıq Qarabağın müstəqilliyi, Azərbaycandan ayrılması müzakirə mövzusu deyil, olmayıb və olmayacaq:

"O ki qaldı, ermənilərin "referendum" keçirməsinə, bunun bütövlükdə problemin həll olunmasına, Dağlıq Qarabağın Azərbaycana aid olub-olmaması məsələsinə elə bir aidiyyəti yoxdur. Təbii ki, Azərbaycan dövləti, xalqı belə bir "referendum"u tanımır, tanımayacaq. Beynəlxalq təşkilatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurumlar bu "referendum"u və onun nəticələrini tanımayacaqlar. Beləliklə, bu "referendum" və onun nəticələri Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş əraziləri ilə bağlı mövqeyinə hər hansı təsir göstərməyəcək. Bu, sadəcə olaraq münaqişənin nizamlanması ilə bağlı aparılan işlərin müəyyən qədər çətinliyə salınması məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlardan biri kimi qiymətləndirilə bilər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında