“Aleksandr Lapşinlə bağlı informasiyanın təqdimatına diqqət yetirməliyik”

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönəlmiş açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan, separatçılarla əməkdaşlıq edən blogger Aleksandr Lapşinin Belarusda həbsi və ölkəmizə ekstradisiyası ilə bağlı tanınmış ekspertlər müxtəlif şərhlər, rəylər bildirirlər. Siyasi Texnologiyalar Mərkəzinin sədri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti Vəli Əlibəyovun fikirlərini təqdim edirik:

– Azərbaycan tərəfinin tələbi ilə Aleksandr Lapşinin saxlanılması və Bakıya təhvil verilməsi bir çox məqamlara görə ölkənin uğuru sayıla bilər. Ölkəmiz düşmənlərinə diplomatik sahədə də əzələ nümayiş etdirdi və başa saldı ki, qanunlarına hörmət olunmasını hər kəsdən tələb edib, edir və bundan sonra da edəcək. Bu qanunlara riayət etməyənlər, vətəndaşlığı, tutduğu mövqe, gizləndiyi məkandan asılı olmayaraq, Azərbaycan femidası qarşısında tez və ya gec cavab verəcəklər.

Lakin, onu da unutmaq lazım deyil ki, hər bir layihənin son uğuru onun informasiya təqdimatından asılıdır. Lapşinlə bağlı proseslərin də düşünülmüş informasiya təminatına ehtiyacı var. Məsələ mürəkkəbdir və onu qəlizləşdirən amillər sırasında bu şəxsin tanınmış blogger olması, cibində Rusiya, Ukrayna və İsrail kimi dövlətlərin pasportunu daşımasıdır. Düzgün və düşünülmüş informasiya təminatı dedikdə aşağıdakı qeyd olunanlar nəzərdə tutulur:

– Azərbaycan tərəfi sosial şəbəkələrdə “Puerto” adı altında yazan blogger Lapşini deyil, ölkə sərhədlərini və miqrasiya qanunvericiliyini dəfələrlə pozan şəxsi – Aleksandr Lapşini mühakimə edəcək.

– Daxili auditoriyanın bu proseslə bağlı məlumatlandırıldığı həcmdə xarici auditoriya da məlumatlandırılmalıdır. Proseslə bağlı dünyada gedən informasiya axınını monopoliyasını əlimizə almalıyıq, əks halda, bunu başqaları edəcək, və beynəlxalq ictimai rəy xeyrimizə deyil, ziyanımıza olaraq formalaşa bilər.

Onun məhkəməsində şəffaflığı təmin etmək. Bu, bir daha Azərbaycanın beynəlxalq hüquqa hörmət edən, eyni zamanda, öz qanunlarının keşiyində duran ölkə kimi təqdim olunması üçün şərait yarada bilər.

Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında