Yaqub Mahmudov: Azərbaycan tarixi dərslikləri azərbaycançılıq konsepsiyası əsasında hazırlanır

Son beş ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun alimlərinin və orta məktəb müəllimlərinin iştirakı ilə hazırlanan dərsliklərdə kurikulum standartlarının tətbiqi ilə yanaşı, azərbaycançılıq ideologiyasının təbliği əsas götürülüb.

İşğal olunmuş ərazilərimizin, xüsusilə Qarabağın tarixi, onun tarixi, maddi-mədəniyyət abidələri, görkəmli şəxsiyyətləri dərsliklərdə geniş şəkildə verilərək gənclərimizin vətənpərvərlik tərbiyəsi Azərbaycan tarixi dərslərinin əsas meyarına çevrilib.

Bu fikri AZƏRTAC-a AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Yaqub Mahmudov bildirib ki, dərsliklər Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin (DİM) ekspertləri və müxtəlif universitetlərin müəllimləri tərəfindən müsbət rəylər aldıqdan sonra çap edilir. Bu işin təşkilində Təhsil Nazirliyinin obyektiv mövqeyi təqdirəlayiqdir. Eyni zamanda, DİM-in keçirdiyi monitorinqlərdə müntəzəm olaraq həmmüəlliflər iştirak edirlər. Respublikanın tarix müəllimləri görüş zamanı dərsliklər haqqında həm razılıq bildirir, əhəmiyyətli fəaliyyətə görə təşəkkür edir, həm də maraqlı qeydlərlə, suallarla müraciət edirlər.

İnstitutun direktoru qeyd edib ki, dərslik məsələsi təhsil sisteminin ciddi problemidir və Azərbaycan tarixi dərsliklərinin hazırlanması xüsusilə həssas məsələdir. Bu işdə orta məktəb müəllimlərinin iştirakı ilə yanaşı, alimlərin də iştirakı vacibdir. Çünki müntəzəm olaraq yeni elmi faktlar aşkar olunur. Bu elmi yeniliklərin müəyyən qisminin tədrisə gətirilməsi sürətlə inkişaf edən təhsil sisteminə yalnız fayda verə bilər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında