Cocuq Mərcanlıya qayıdış layihəsi torpaqlarımızın işğaldan azad edilməsi yönündə uğurlu perspektivdən xəbər verir

Biz ağsaqqallar, xüsusən, yaradıcı ziyalılar Azərbaycan dövlətinin həyata keçirdiyi bütün tədbirləri daim bəyənmiş və dəstəkləmişik.  Bu da səbəbsiz deyil, bilirik ki, həmin  siyasət dünya miqyasında hamının böyük siyasətçi kimi tanıdığı ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirmək məqsədilə reallaşdırılır.

Ancaq cənab Prezident İlham Əliyevin yanvarın 24-də imzaladığı  “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamını təkcə dəstəkləmədik, həm də o mühüm dövlət sənədinin təbliğinə öz töhfələrimizi vermək barədə düşündük. Nə üçün?  Çünki söhbət Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində aparılan uzunmüddətli mübarizənin konkret nəticəsindən gedir. Min şükür ki,  həmin nəticələr günümüzün reallıqlarındandır.

Mən əvvəlcə fikirləşirdim ki, Cocuq Mərcanlı tamamilə dağıdılmış böyük bir kənd olduğuna görə oranın bərpası çox çətin olacaq və uzun müddət davam edəcək. Ancaq yanvarın 28-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq şöbəsinin, Milli Məclisin deputatlarının, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının və müavinlərinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və “Dövlətqaçqınkom”un əməkdaşlarının iştirakı ilə keçirilən  geniş müşavirənin materialları ilə tanış olanda öyrəndim ki, adıçəkilən kəndin bərpasında heç bir problem olmayacaq.

Bu əminliyin nədən irəli gəldiyini əsaslandırım. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd etdi ki, Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Bu qərar bütün beynəlxalq aləmə səs salıb. Sənəd Azərbaycanın bütün vətəndaşlarında, ordumuzda böyük ruh yüksəkliyi yaradıb. Baş nazirin müavini bildirdi ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin mənfur qonşularımız həmin ərazini, demək olar ki, daim atəş altında saxlayır və yaşayış üçün təhlükəli vəziyyət yaradırdılar. Ancaq keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş uğurlu aprel əməliyyatı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb.

Xatırladaq  ki, adıçəkilən sərəncamda Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 fərdi yaşayış evinin və məktəb binasının tikintisi nəzərdə tutulur. Ancaq Baş nazirin müavini dedi ki, Prezident İlham Əliyevin tapşırığı ilə apardığımız araşdırmalara əsasən ərazidə 150-200 ailə yerləşdirmək mümkündür. Eyni zamanda, oraya köçürüləcək ailələr üçün lazım olan bütün şərait yaradılacaq. Bu faktların hamısı yüksək səviyyədə qiymətləndirilir. Ancaq layihənin reallaşdırılmasından öncə beynəlxalq aləmin bu barədə məlumatlandırılması, üstəlik, ölkəmizdə fəaliyyət göstərən diplomatların Cocuq Mərcanlıya dəvət edilməsi barədə hazırlıqların həyata keçirilməsi daha uzaqgörən siyasətin nəticəsidir.

Bu sərəncamın icrasına həsr edilmiş müşavirədə Milli Məclisin deputatlarının,  Ağdam, Füzuli, Şuşa, Xocalı, Qubadlı rayon icra hakimiyyəti başçılarının çıxışlarında səsləndirilən faktlar  sübut edirdi ki, öz ata-baba yurduna  hamıdan tez  qayıtmaq şansı qazanan cəbrayıllıların  sevinci ümumxalq ruh yüksəkliyinə çevrilib. Biz ağsaqqallar Cocuq Mərcanlı sakinlərinə bu prosesdə uğurlar arzulayırıq. Eyni zamanda, inanırıq ki, onların ardınca digər rayonlarımızın  köçkünləri də doğma ocağa qayıtmaq sevincini yaşayacaqlar. Hadisələr sübut edir ki, o gün uzaqda deyil.

Tofiq BAKIXANOV,
Xalq artisti, professor,
Prezident təqaüdçüsü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında