Yaqub Mahmudov: Biz tarixçilər inanırıq ki, gün gələcək İrəvan, Zəngəzur, Göyçə ellərinə də qayıdacağıq

Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı xalqımızın erməni təcavüzkarları üzərində qələbəsinə və işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışa inamını artıran çox mühüm sənəddir.

Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib. 

Y.Mahmudov qeyd edib ki, Prezidentin sərəncamı tarixçilər arasında da böyük sevinclə qarşılanıb. Tarixçilər yaxşı bilirlər ki, öz havadarlarına arxalanan erməni işğalçıları həmişə zəbt etdikləri Azərbaycan torpaqlarından çıxmamağa cəhd göstəriblər. İrəvan, Zəngəzur, Göyçə mahallarında da belə olub. Lakin ­Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötənilki aprel döyüşlərində erməni qəsbkarlarına sübut etdi ki, işğalçılar məğlub ediləcək və böyük qələbəmiz uzaqda deyil.

“Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamının əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinə və beləliklə, xalqımızın doğma yurd-yuvalarına böyük qayıdışı başlanacaq. Biz tarixçilər inanırıq ki, bu müdrik, qətiyyətli və cəsarətli siyasətin zəfər çalması nəticəsində xalqımız nəinki Qarabağdakı yurd yerlərinə, həmçinin gələcəkdə İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacaq. Dövlətimizin başçısının ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında