Mərakeş səfiri: Prezident İlham Əliyevin bu ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi zamanında verilən qərardır

Azərbaycan Prezidentinin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi ili” elan etməsi çox gözəl təşəbbüsdür və zamanında verilən bir qərardır. Bildiyimiz kimi, indi dünyada İslam ölkələri barədə mənfi imic formalaşdırılıb. Əlbəttə bu, düzgün deyil. Hamımız bilirik ki, İslam tolerantlıq, qarşılıqlı anlaşma dinidir, qarşılıqlı hörmətə əsaslanır. Ona görə də Azərbaycan Prezidentinin bu təşəbbüsü saf dinimizin həqiqi dəyərlərinin dünyaya çatdırılması baxımından çox önəmlidir.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş deyib.

Səfir vurğulayıb ki, Azərbaycan dünyada öz tolerantlığı ilə tanınır. Bu ölkədə də Mərakeşdəki kimi müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Mərakeş də İslam haqqında formalaşdırılan mənfi imicə qarşı mübarizə aparır. Bununla bağlı, eləcə də terrorla mübarizə sahəsində müxtəlif tədbirlər həyata keçirir. Mərakeş tolerantlıq və ehtiram dini olan İslamın əsl qayəsinin dünyaya olduğu kimi çatdırılması işinə dəstək verir və Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi ili” təşəbbüsünü alqışlayır.

Diplomat bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Mərakeş idmançılarının da iştirak edəcəyini söyləyib. “Azərbaycanda bu münasibətlə təşkil ediləcək bütün tədbirlərdə iştirak etməyə çalışacağıq”, - deyə o əlavə edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında