Prezidentin sərəncamı onu göstərir ki, işğal altındakı torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil

Bu gün Azərbaycanın yürütdüyü müstəqil siyasət onu göstərir ki, ölkəmizin uğurlu inkişaf modeli dünyada kifayət qədər tanınır. İqtisadi böhranın uzun müddətdir davam etdiyi dünyada Azərbaycan davamlı dinamik inkişafı ilə diqqəti cəlb edir. Ermənistanın uzun illərdir davam edən təcavüzünə uğrayan, torpaqlarının 20 faizindən çoxu işğal altında qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycan bu gün Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində daha da güclənməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikri “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov söyləyib.

2016-cı ilin iqtisadi baxımdan dünyada baş verən proseslər fonunda ağır il olduğunu vurğulayan M.Seyidov bildirib ki, dünya ölkələrinin üzləşdiyi böhranlar, çətinliklərlə müqayisədə Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizdə sosial inkişaf proqramları, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir, ordu quruculuğu, sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Nə qədər çətin dövr olmasına baxmayaraq, Azərbaycanda icrası planlaşdırılan mühüm layihələr var.

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına dair sərəncamı qaçqınların və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının nümunəsidir. Uzun illərdir müharibə şəraitində yaşayan bir xalqın bu gün öz evlərinə, əzəli torpaqlarımıza qayıtması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin imzaladığı sərəncamlar xalqımızın rifahına xidmət edir. Bu, onu göstərir ki, işğal altında olan torpaqlarımıza qayıdacağımız tarix çox da uzaq deyil. Biz inanırıq ki, insanlarımız, gənclərimiz Ali Baş Komandanın ətrafında sıx birləşərək bu nəticəyə tezliklə nail olacağıq”, – deyə M.Seyidov qeyd edib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında