Ötən il ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin oldu

Yola saldığımız  il ­xalqımız və dövlətimiz üçün əlamətdar hadisələrlə zəngin oldu. Ötən il dövlət müstəqilliyimizin bərpasının 25 illiyini yüksək təntənə və coşqu ilə qeyd etdik,  son illər əldə etdiyimiz sosial tərəqqi, iqtisadiyyatımızın inkişafı, ictimai-siyasi sabitlik, ölkəmizin beynəlxalq aləmdə nüfuzlu mövqeyi xalqımıza ən gözəl bayram hədiyyəsi oldu.

Ölkə başçısının elan etdiyi “Multikulturalizm ili” kimi tarixə düşən 2016-cı il Şərq və Qərb mədəniyyətinin qovuşuğunda yerləşən qədim məmləkətimizin müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı anlaşma şəraitində bir araya gəldiyi nadir ölkələrdən olduğunu bir daha sübut etdi. Sentyabrın 26-da keçirilən Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda xalqımız yüksək siyasi fəallıq nümayiş etdirərək dövlətimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına yeni imkanlar açan dəyişikliklərə səs verdi. Şanlı ordumuz bizə qələbə sevinci yaşatdı, aprel döyüşlərində Milli ­Ordumuzun qəhrəman əsgərlərinin şücaəti dillərdə dastan oldu.

Ötən il bir çox sahələrdə olduğu kimi, təhsildə də uğurlarımız bol oldu, Azərbaycanın ən ucqar kənd və qəsəbələrində yüzlərlə məktəb və uşaq bağçası, idman kompleksləri tikildi, təhsil müəssisələri müasir avadanlıqlarla təchiz olundu.Təhsilin təkmilləşdirilməsində, universitetimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində, maddi-texniki bazasının möhkəmləndirilməsində, habelə İKT-dən istifadə edilməsində bir sıra göstəricilərə nail olduq.

Universitetimiz üçün, kollektivimiz üçün də 2016-cı il yaddaqalan oldu. Belə ki, məhz keçən il AzMİU-nun 40, memarlıq və inşaat ali təhsilinin 95 illik yubileylərini təntənə ilə qeyd etdik. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görüldüm. Bir qrup əməkdaşımız “Tərəqqi” medalı,  bir neçə müəllimimiz “Əməkdar müəllim” adı ilə təltif olundu. Habelə Təhsil Nazirliyinin universitetimizin bir qrup əməkdaşını “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanla təltif etməsi də ötən ildə qazandığımız uğurlardandır.

Universitetimizin 2 saylı tədris binası da ötən il yenidən təmir olundu, ən müasir avadanlıqlarla təchiz olunmuş yeni laboratoriyalar  tələbələrin ixtiyarına verildi. Beynəlxalq layihə olan “Avisenna” Mərkəzinin, Akkord Sement Zavodunun sement və beton laboratoriyasının açılışı da yola saldığımız ilə təsadüf etdi.

Ümidvaram ki, yenicə qədəm qoyduğumuz 2017-ci il də dövlətimiz, xalqımız üçün düşərli olacaq, uğurlarımız davamlı, qələbələrimiz bol olacaq.

Sonda möhtərəm Prezidentimiz başda olmaqla, bütün dünya azərbaycanlılarını, soydaşlarımızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edir, hər birinizə cansağlığı, xoş günlər, firavanlıq, işlərinizdə uğurlar arzu edirəm.

Gülçöhrə Məmmədova,
AzMİU-nun rektoru, professor, Əməkdar memar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında