Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır

Tam inam və qətiyyətlə deyə bilərəm ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə “Milli bayram” statusu alan və sözün həqiqi mənasında, ən möhtəşəm milli bayramlarımızdan birinə çevrilən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir ailəyə sevinc nuru bəxş edir.

Ümummilli lider Heydər Əliyev təxəyyülünün idrak süzgəcindən süzülüb gələn və gələcək sonsuz minilliklərin perspektivinə hesablanan bu gün hamının ürəyindən xəbər verən, hər bir Azərbaycan vətəndaşının qeyrət və vicdan rəmzinə çevrilən bayramdır. Hazırda bir sıra səbəblərdən dünyanın müxtəlif guşələrinə səpələnən 50 milyondan artıq soydaşımız  bir bayraq altında birləşərək tolerant yaşamağa, vahid Azərbaycanın problemlərini birlikdə həll etməyə geniş imkan əldə edib.

Müdrik və uzaqgörən siyasətçi  İlham Əliyevin səyi, diqqəti və qayğısı sayəsində son illərdə Vətənimizin paytaxtı Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının qurultayları, Azərbaycanın səsinin ən mötəbər kürsülərdən eşidilməsinə möhkəm zəmin yaradıbdır. Həmrəylik,  həqiqətən, xalqımıza çox lazımdır. Gələcək qələbələrimizin rəmzi açarı da həmrəyliyimizin, birliyimizin əlindədir. Azərbaycan Prezidenti ilə xalq arasında yaranan qırılmaz birlik, qarşılıqlı anlaşma münasibətləri Dünya Azərbaycanlılarının Həmrəyliyinin zirvə nöqtəsidir. Hər bir azərbaycanlının Azərbaycan Respublikası adlı bir Vətəni, Azərbaycan Respublikası Prezidenti adlı bir rəhbəri var. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan gündən-günə güclənir,  gözəlləşir, inkişaf edir, dəyişir, möhtərəm  Prezidentimizin rəhbərliyi altında lider dövlətlərdən birinə çevrilir.

Digər illərdə olduğu kimi, yola saldığımız 2016-cı ildə də Azərbaycan Respublikasının beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsi bu birliyin doğma Vətənimizə verdiyi dəyərli bəhrələrdəndir.

İnanırıq ki, qarşıdan gələn 2017-ci ildə Azərbaycanın qarşısında yeni və geniş üfüqlər açılacaqdır.

Fürsətdən istifadə edərək, başda zati-aliləri möhtərəm cənab Prezidentimiz olmaqla xalqımızı, hər bir Azərbaycan vətəndaşını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni  ilin gəlişi münasibətilə ürəkdən təbrik edir, Ulu Tanrıdan hamıya möhkəm cansağlığı, səadət, xoşbəxtlik diləyirəm. Müdrik Prezidentimiz – Ali Baş Komandanımızın insanpərvərliklə formalaşdırdığı sülhməramlı daxili və xarici siyasətimizin hesabına, eləcə də onun yaratdığı qüdrətli Milli Ordumuzun köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi müjdəsi ilə sevinməyi millətimizə  arzulayıram.

Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət mükafatı laureatı,
Milli Məclisin səhiyyə komitəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında