Azərbaycan Prezidenti daim xalqın yanındadır

Prezident  İlham Əliyevin müvafiq tapşırığı əsasında Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitlər artırılmışdır. Belə ki, təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək, elektrik enerjisi istehlakı üzrə limit  isə 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb. Dövlətimizin başçısının tapşırığından sonra Tarif (qiymət) Şurasının qəbul etdiyi bu qərar əhali tərəfindən böyük razılıqla qarşılanmışdır.

Ziyalılar, ictimaiyyət nümayəndələri  ölkə başçısının bu tapşırığını yüksək dəyərləndirir, bunu insanları narahat edən məsələlərin həlli istiqamətində atılan qətiyyətli addım kimi qiymətləndirirlər.

Milli Məclisin deputatı Rüstəm Xəlilovla söhbətimiz də bu barədə oldu. Deputat qeyd etdi ki, Prezident İlham Əliyevin tapşırığı ilə Tarif (qiymət) Şurasının bir müddət əvvəl elektrik enerjisi və təbii qaz tariflərinə tətbiq etdiyi limitlə bağlı qərarına yenidən baxılması dövlət başçısının əhalinin sosial problemlərini daim diqqətdə saxlamasından xəbər verir. Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə yeni tarif tənzimlənməsində sosial siyasət əsas götürülmüşdür. Bu fakt bir daha təsdiqləyir ki, əhalinin rifah halının yüksəldilməsi dövlət başçısının həyata keçirdiyi strategiyanın prioritetini təşkil edir.

R.Xəlilovun fikrincə, Tarif  Şurasının əvvəlki qərarı iqtisadi zərurətdən irəli gəlmişdi, ancaq bu qərar  əhalinin müəyyən aztəminatlı hissəsini qane etmirdi və onlar elektrik enerjisi ilə təbii qazın istifadəsinə ayrılmış limitlə razılaşmırdılar: “Seçicilərimlə keçirdiyim görüşlər zamanı da bu fikirləri eşidirdim. Əhalinin müəyyən təbəqəsi Tarif  Şurasının bu qərarına narazılığını bildirir, sosial vəziyyətin ağırlaşacağını deyərək, dövlətimizin başçısının bu qərarla heç vaxt razılaşmayacağına əminliklərini ifadə edirdilər. Seçicilər Prezident İlham Əliyevin belə məqamlarda həmişə xalqa dayaq olduğunu deyir, elektirk enerjisi və təbii qazın qiymətlərinə, ayrılmış limitə yenidən baxılması barədə göstəriş verəcəyinə əmin idilər. Belə də oldu. Ölkə rəhbəri sosial problemləri nəzarətdə saxlayaraq və çoxsaylı müraciətləri nəzərə alaraq, bu məsələyə münasibət bildirdi. Bununla da bir daha təsdiqlədi ki, o, həmişə xalqın yanındadır. Məlum olduğu kimi, dövlət başçısı elektrik enerjisi və təbii qaza ayrılmış limitə  yenidən baxılması barədə göstəriş vermişdir.  Artıq məsələ öz həllini tapmışdır. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Prezident İlham Əliyev xalqın yanında olduğunu bir daha göstərdi. Bu, bir daha onu göstərir ki, dövlət həmişə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasını prioritet vəzifə kimi qarşıya qoyub”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında