L.Slutski: Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan güclü dövlətə çevrilib

“Prezident İlham Əliyev bütün postsovet məkanında çox böyük siyasi xadimdir. O, çox güclü, eyni zamanda, hər bir azərbaycanlının fəxr etdiyi mehriban insandır”. Bu fikirləri yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının TASS informasiya agentliyində keçirilən təqdimatında Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski səsləndirib.

Rusiyalı deputat qeyd edib ki, İlham Əliyev Prezident olduqdan sonra vəziyyəti çox da sadə olmayan bir ölkəyə rəhbərlik etməyə başladı. L.Slutski deyib: “Azərbaycanda çadır şəhərciklərində yaşayan təxminən bir milyon qaçqın var idi. Dövlət başçısı ölkə, dövlətçilik, iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə şəxsən məşğul olurdu. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan güclü, sabit ölkəyə çevrildi və dünyanın ən inkişaf edən iqtisadiyyatından birinə malik oldu”.

L.Slutski vurğulayıb ki, bu gün ölkə iqtisadiyyatın demək olar ki, bütün sektorları uğurla inkişaf edir. Bu inkişafı təkcə Bakı və digər böyük şəhərlərdə yox, ölkənin bütün guşələrində müşahidə etmək olar. Buna görə də, prezident və parlament seçkilərində xalq həm İlham Əliyevə, həm də Yeni Azərbaycan Partiyasına etimad göstərir.

Rusiyalı deputatın qeyd etdiyi kimi, Azərbaycan tədricən və sistemli iqtisadi inkişaf yolu ilə gedir. Bu inkişafda dövlət başçısının böyük rolu var və o, bütün istiqamətlərdə çox peşəkarcasına aydın fəaliyyət planı qurur. İlk növbədə özünə və komandasına, sahələrin və regionların rəhbərlərinə son dərəcə tələbkar olan İlham Əliyev ölkəni iqtisadi tərəqqi yolu ilə aparır. Heydər Əliyev öz oğlu və ölkənin necə inkişaf etməsi ilə fəxr edə bilərdi”.

Rusiya-Azərbaycan əməkdaşlığından danışan L.Slutski vurğulayıb ki, ölkələrimizi bütün sahələrdə çox sıx əlaqələr birləşdirir. “Bakı Humanitar Forumu humanitar sahədə mühüm meydançalardan biri olub. Bakı dünyanın bütün yeni, daha maraqlı, düşüncəli, müstəsna insanlarını dəvət edir. Ölkələrimiz arasında hələ də həyata keçirilməyən çoxlu resurslar var. Bu barədə Bakıda Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasında da söhbət açılıb. Ölkələrimiz arasında ilk növbədə, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq artacaq”, - deyə rusiyalı deputat əlavə edib.

L.Slutski Prezident İlham Əliyevi 55 yaşı münasibətilə təbrik edib və dövlətimizin başçısına uğurlar arzulayıb.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında