Əhalinin həyat səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır

Xəbər verildiyi kimi, Tarif (qiymət) Şurası 2016-cı il noyabrın 28-də keçirdiyi iclasında  təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdir. 

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri etmişdir. Belə ki,  əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün qiymət əvvəlki kimi mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdir.

Tarif (qiymət) Şurasının bu qərarı, təbii ki, cəmiyyətdə birmənalı qarşılanmamışdı. Lakin  gələcəyə böyük ümid bəsləyən əhali dövlət başçısının bu məsələyə münasibət bildirəcəyinə inandığını da gizlətmirdi. İnsanların həyat səviyyəsinin yüksəldilməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırığına əsasən, Tarif (qiymət) Şurası təbii qazın və elektrik enerjisinin qiymətlərinə yenidən baxmış, təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırılmasında dəyişiklik edilmişdir.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bu məsələyə münasibət bildirərkən demişdir ki,  əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi istehlakçıların əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə  iclasda əhali üçün tarifi dəyişməyən təbii qazın təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılmışdır: “Hesab edirəm ki, Tarif (qiymət) Şurasının elektrik enerjisi və təbii qazdan istifadəyə görə tətbiq edilən limitlərə yenidən baxması gözlənilən idi. Çünki Tarif (qiymət) Şurasının əvvəlki qərarında istifadə edilən elektrik enerjisi və qaza görə limitin az olması əhalini narahat edirdi. Seçicilərimlə görüşlər keçirən zaman da bu məsələ ilə bağlı mənə müraciət edirdilər. İstehlakçılar əvvəlki limitdən artıq elektrik enerjisi və təbii qaz istifadə etdiklərini bildirirdi. Xüsusilə qış mövsümündə bu limit istehlakçılar üçün az idi. Seçicilər xahiş edirdilər ki, Tarif (qiymət) Şurası bu qərarla bağlı dəqiq araşdırma aparsın və limitlərə yenidən baxsın”.

E.Nəsirov demişdir ki, əhali cənab Prezidentə böyük ümid bəsləyirdi və  əmin idi ki, dövlətimizin başçısı bu məsələ ilə bağlı öz mövqeyini bildirəcək və həmişə həyata keçirdiyi sosial siyasətə uyğun olaraq elektrik enerjisi və təbii qazın qiymətləri ilə bağlı məsələyə yenidən baxacaq. Göründüyü kimi, Azərbaycan Prezidenti həyata keçirdiyi siyasətin məhz sosialyönümlü olduğunu bir daha təsdiqlədi: “Məlum olduğu kimi, dövlə-timizin başçısının tapşırığına əsasən, bu məsələyə Tarif (qiymət) Şurasının iclasında yenidən baxılmış və müvafiq qərar qəbul edilmişdir. Bununla da son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmişdir. Göründüyü kimi, Tarif Şurasının yeni qərarı həqiqətən də istehlakçıların xeyrinədir”.

Politoloq bildirmişdir ki, ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, insanları narahat edən problemlərin aradan qaldırılması daim dövlət başçısının diqqət mərkəzindədir.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında