Xose Antonio Vera: AZƏRTAC ilə əməkdaşlıq Azərbaycanla bağlı daha çox informasiya almağımıza imkan yaradacaq

İspaniyanın Beynəlxalq Xəbər Agentliyinin (EFE) prezidenti Xose Antonio Vera Madriddə AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi müsahibədə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi, tədbir çərçivəsində AZƏRTAC ilə EFE arasında imzalanmış Çərçivə Əməkdaşlıq Sazişi ilə bağlı fikirlərini və Bakıya səfərinin təəssüratını bölüşüb:

– Dünya Xəbər Agentliklərinin V Konqresi həm təşkilatçılıq baxımından, həm də sessiyaların səviyyəsinə və iştirakçı agentliklərin sayına görə böyük bir uğur idi. Konqres mükəmməl təşkil olunmuşdu. Otel çox rahat, sessiyaların keçirildiyi Heydər Əliyev Mərkəzi gözəl və məftunedici məkan idi. Sessiyalar çox yaxşı hazırlanmışdı. Çıxışlar və müzakirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanırdı. Biz xəbər agentlikləri üçün yeni və stimullaşdırıcı xeyli ideyalarla tanış olduq. Bakı Konqresinin bu uğuru gələcək fəaliyyətimizə müsbət təsirini göstərəcək.

– Bakıya səfəriniz çərçivəsində AZƏRTAC-la EFE ­arasında Çərçivə Əməkdaşlıq Sazişi imzalandı. İki agentlik arasında əməkdaşlığın gələcəyini necə görürsünüz?

– Xəbər agentlikləri arasında, xüsusilə müxbirlərin əlaqələr qurmaqda çətinlik çəkdiyi uzaq bölgələrin media təşkilatları arasında əməkdaşlığın qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. EFE agentliyi son illər faydalı və yaradıcı heyət üçün maraqlı olan bir çox əməkdaşlıq sazişləri imzalayıb. AZƏRTAC ilə imzalanan Çərçivə Sazişi sayəsində biz Azərbaycanla bağlı daha çox informasiya alacağımıza ümid edirik. EFE də öz növbəsində AZƏRTAC-a İspaniya və Latın Amerikası ölkələri ilə bağlı Azərbaycan cəmiyyəti üçün maraq doğura biləcək məlumat ötürməyə çalışacaq.

– Azərbaycanla bağlı təəssüratlarınız necədir?

– Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi etməklə təşkilatçılıq bacarığını və qonaqpərvərliyini nümayiş etdirdi. İştirakçı agentliklərin rəhbərləri olduqca səmimi qarşılandı və konqresi unudulmaz bir görüşə çevirmək üçün onlara böyük diqqət göstərildi. Azərbaycan olduqca müasir bir ölkədir, onun sakinləri isə dinamik bir cəmiyyəti təmsil edirlər.

Azərbaycan çoxmillətli ölkə olaraq bütün dini inanclara hörmətlə yanaşır. Prezident İlham Əliyev iştirakçıları şəxsən salamladı və maraqlı nitq söylədi. Müstəqilliyinin 25 illiyini qeyd edən gənc Azərbaycan uzun əsrlər boyu formalaşan zəngin mədəniyyəti var. Biz bunun əyani şahidi olduq.

Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Madrid


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında