Amos Hokstayn: ABŞ “Cənub” qaz dəhlizi layihəsinin reallaşması istiqamətində səylərini davam etdirəcək

ABŞ “Cənub” qaz dəhlizi layihəsinin reallaşması istiqamətində səylərini davam etdirəcək. Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda, Avropada enerji təhlükəsizliyini və siyasi təhlükəsizliyi, eləcə də şaxələndirməni təmin edən layihələrdən biridir. ABŞ bu layihəni Bakı-Tbilisi-Ceyhan qədər strateji layihə hesab edir və eyni əhəmiyyətə malik olduğunu düşünür.

Bu fikirləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn dekabrın 15-də Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.

“Biz bundan əvvəl Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəklədiyimiz, layihənin əhəmiyyətini anladığımız kimi, “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılmasını da dəstəkləməkdə davam edəcəyik”, – deyə A.Hokstayn vurğulayıb.

Dövlət Departamentinin rəsmisi qeyd edib ki, Azərbaycan və ABŞ təkcə yaxın dost deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu münasibətlər bir çox sahələri əhatə edir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında