Azərbaycan məhsulları dünya bazarlarında brendə çevrilməlidir

Azərbaycan Prezidenti İlham Əliyev bu il mart ayının 16-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.  Bu mühüm sənəd ölkə ziyalıları, iqtisadçılar, iş adamlarının dərin marağına səbəb olub. Bu barədə söz düşəndə qocaman neftçi alim, texnika üzrə fəlsəfə doktoru Baba Əhmədli bunları dedi:

– Hesab edirəm ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin sözügedən sərəncamı böyük əhəmiyyətə malikdir. Bu sənədin uğurlu icrası ölkə iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə yol açacaq. 

Bu gün Azərbaycan iqtisadiyyatı bütün dünya ilə sıx inteqtrasiya prosesində inkişaf edir. Qlobal və regional iqtisadi proseslər, təbii ki, bizim iqtisadiyyata müəyyən müsbət və mənfi təsirlərini göstərir.

Hazırkı iqtisadi reallıqlar isə bizdən ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmağı tələb edir. Hesab edirəm ki, indiki mərhələdə biz karbohidrogenlərin idxalından asılılığı mümkün qədər tez azaltmağa,  insan kapitalından, əmək resurslarından daha səmərəli istifadə etməyə çalışmalıyıq. Azərbaycan böyük təbii və intellektual resursları olan ölkədir. Son illər dövlət başçısının təşəbbüsü ilə neft kapitalının insan kapitalına  çevrilməsi sahəsində görülən ardıcıl, davamlı işlər təqdirəlayiqdir.

Azərbaycan iqtisadiyyatı həyatın, zamanın nəbzinə uyğun yeniləşməlidir, yoxsa inkişaf və tərəqqi etmək mümkün olmaz. Biz öz iqtisadiyyatımızı irəli aparmaq üçün onun bütün sahələrdə modernləşməsinə nail olmalıyıq.

Bir məqamı da vurğulamaq istəyirəm. Gənclik yeniliyə hər zaman meyillidir. Gənc, istedadlı kadrları ölkədə iqtisadi idarəetmə prosesinə daha cəsarətlə cəlb etmək vacibdir. Onların innovativ təşəbbüslərini hər vəchlə dəstəkləmək lazımdır. Son vaxtlar ölkəmizin aqrar sektorunda görülən işlər də ürəyimcədir. Bu sahədə də perspektivli  təşəbbüslərə yaşıl işıq yandırmaq ­lazımdır.

Bir sözlə, biz hər bir sahədə əvvəlki illərdə olduğundan daha yaxşı çalışmalıyıq ki, Azərbaycan məhsulları dünya bazarlarında brendə çevrilsin. Mən iqtisadiyyatımızın yaxın gələcəkdə parlaq uğurlar əldə edəcəyinə tamamilə əminəm.  

Söhbəti yazdı:
Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında