Ulan Çoybekov: Bakı Konqresi yüksək təşkilatçılığı və nüfuzlu kontingenti ilə yadda qaldı

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası güclü təşkilatçılığı və zəngin iştirakçı kontingenti ilə yadda qaldı.

Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində beynəlxalq tədbirlərdə iştirak etmiş Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş redaktoru Ulan Çoybekov söyləyib.

Bu tədbirlərin dünya mediası üçün böyük əhəmiyyət daşıdığını qeyd edən baş redaktor planetimizin bütün qitələrindən xəbər agentliklərini təmsil edən insanların bir araya gəlmələrinin sevindirici hal olduğunu vurğulayıb. O deyib ki, dünyanın ən möhtəşəm binalarından birində – Heydər Əliyev Mərkəzində keçirilən birgə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitq söyləməsi tədbirlərin əhəmiyyətini daha da artırdı. Prezident Azərbaycanın müstəqilliyini bərpa etdiyi ötən 25 ildə bütün sahələrdə qazandığı uğurlar, müasir, inkişaf edən, güclü iqtisadiyyata malik dövlətin qurulması və inkişafı haqqında ətraflı məlumat verdi. Dövlət başçısı medianın rolunun, bununla yanaşı, məsuliyyətinin də artmasından danışdı, Azərbaycanın azad medianın tərəfdarı olduğunu vurğuladı.

“Tədbirlər yüksək səviyyədə keçdi. Əminliklə deyə bilərəm ki, Azərbaycan bu beynəlxalq tədbirlərə böyük məsuliyyətlə hazırlaşmışdı və təşkilatçılar qarşılarına qoyduqları məqsədə nail oldular”, - deyə baş redaktor qeyd edib. 

Ulan Çoybekov bildirib ki, tədbirlər çərçivəsində qonaqlar Bakının görməli yerləri ilə tanış oldular. Bu gün güclü iqtisadi və mədəni mərkəzə çevrilən Bakı saysız-hesabsız göydələnlər, ticarət mərkəzləri, yeni texnologiyalara uyğun salınmış yollar şəhəridir. Bu qədim şəhər nadir arxitekturasını da qoruyub saxlayıb. Xüsusilə, İçərişəhər qonaqlarda böyük maraq doğurdu. Bir sözlə, V Konqresin və OANA-nın XVI Baş Assambleyasının bütün iştirakçıları Azərbaycandan zəngin təəssüratla qayıtdılar.

Qulu Kəngərli,
AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında