“Dünya Xəbər Agentliklərinin V Bakı Konqresi sabit və multikultural dünya qurulması məqsədinə xidmət edirdi”

Noyabrın 16-17-də Bakıdakı Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentliklərinin V Konqresi keçirilib. Tədbirdə beş qitəni, 80 ölkəni və dünyanın 130-dək aparıcı xəbər agentliyini təmsil edən 200 nümayəndə iştirak edib. 

Arman SEİTMAMİT, Qazaxıstanın “Xəbər 24” TV kanalının direktoru:

– Bakıda birinci dəfə deyil ki, belə böyük qlobal tədbirdə iştirak edirəm. Bu gözəl və qədim tarixə malik şəhərdə əvvəllər də olmuşdum. Budəfəki gəlişimdə gördüyüm mənzərə isə məni heyran etdi. Yeni və möhtəşəm tikililərin fonunda çox inkişaf etmiş bir şəhər gördüm. Dəniz, müasirlik və tarixin harmoniyası şəhərə xüsusi ab-hava qatır.

Konqresin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı isə iştirakçıların böyük marağına səbəb oldu. Prezident müstəqillik illərində Azərbaycan mediasının böyük inkişaf yolu keçdiyini, ölkədə söz və mətbuat azadlığının tam bərqərar olduğunu qeyd etdi. Öyrəndik ki, hazırda Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalinin 75 faizindən çoxu fəal internet istifadəçisidir. 10 milyon əhalisi olan ölkədə sosial mediadan istifadə edənlərin sayı 2 milyondan artıqdır. Bu rəqəmlər Azərbaycanda KİV-ə dövlət qayğısının yüksək olduğunu göstərir.

Mən informasiya sahəsində mühüm məsələlərin müzakirə olunduğu bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana, onun Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Biz son dövrlərdə dünyada baş verən iqtisadi geriləmələr, siyasi və hərbi böhranlar, müharibələr, terrorizm haqqında geniş məlumatlar alırıq. Azərbaycanın da terrorizmdən əziyyət çəkdiyini bilirik. Amma ölkə inadla dünyada sülh və sabitlik yaradılmasına, multikulturalizm dəyərlərinin geniş yayılmasına öz töhfələrini verməkdə davam edir. Bu dəfəki tədbir də, zənnimcə, sabit və multikultural dünya qurulması məqsədinə xidmət edirdi. Qardaş Azərbaycana tutduğu doğru yolda uğurlar arzulayıram. 

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında