Natalya Kostina: Konqres güclü təşkilatçılıq və zəngin iştirakçı kontingenti ilə yadda qaldı

 “Xalq qəzeti”nə açıqlamasında Ukrayna Milli İnformasiya Agentliyinin (UKRİNFORM) baş redaktoru Natalya Kostina deyib: “ Bakıda təşkil olunan Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etməkdən məmnunam. Tədbir güclü təşkilatçılıq və zəngin iştirakçı kontingenti ilə yadda qaldı. Dünyada informasiya bolluğunun və eyni zamanda manipulyasiyaların geniş yayıldığı bir vaxtda tanınmış media agentliklərinin və nümayəndələrinin bir yerə toplaşması, məsləhətləşməsi, birlikdə hansısa işlərə başlaması müsbət haldır. Bu konqres informasiyaların həm dəqiq, həm də tez bir zamanda yayılmasına, əlaqələndirmə mühitinin formalaşmasına şərait yaradacaq.”

N.Kostina bildirdi ki,  konqresdə vacib mövzular müzakirəyə çıxarıldı. Mövzuların vacibliyi həm də müxtəlif ölkələrdən gəlmiş əsas media nümayəndələrinin iştirakı ilə daha çox maraqlı oldu.

UKRİNFORM-un baş redaktoru ölkəmizlə bağlı gözəl təəssüratlarının olduğunu  qeyd etdi: “Tədbirin bütün tərəfləri razı salan təşkilatçılığı ilə yanaşı həm də şəhərinizin təmizliyi və gözəlliyi yaddaşımda xoş izlər buraxdı. Sözün həqiqi mənasında, paytaxtınızın bu qədər cəlbedici olması məni heyrətləndirdi. Bu konqresin ən böyük əhəmiyyəti də budur ki, ölkənizin müasir inkişafını və güclü təşkilatçılığını burda iştirak edən bütün əcnəbilər gördü.”

Qeyd edək ki, Bakı nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi etdi. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT – UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak etmişlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olundular. Tədbirlərdə iştirak etmək üçün Azərbaycana Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında