Hiroşi Masuda: Azərbaycan Prezidentinin parlaq nitqi, buradakı dəyərli fikirlər məni məmnun etdi

Bakıda Dünya İnformasiya Agentliklərinin V  Konqresi öz işini uğurla başa çatdırdı. Bu nüfuzlu tədbirə qatılan çoxsaylı əcnəbi qonaqlar arasında Yaponiyanın “JİJİ PRESS” agentliyinin beynəlxalq əlaqələr üzrə departamentinin direktoru Hiroşi Masuda da vardı. Dünən əməkdaşlarımız yaponiyalı jurnalistlə görüşərək ondan bu nüfuzlu tədbirlə bağlı fikir və düşüncələrini bildirməsini xahiş etmişlər.
 H. Masuda demişdir:

– Mən Bakıya ikinci dəfədir ki, gəlirəm. Bundan əvvəl də bu gözəl şəhərdə olmuşam. Belə ki, ötən il burada ölkənizin ən böyük informasiya agentliyi olan AzərTAC-la təmsil etdiyim qurum arasında qarşılıqlı informasiya əməkdaşlığı barədə müqavilə imzalamışıq. O dönəmdən ikitərəfli qarşılıqlı işgüzar əlaqələrimiz çox genişlənib. Bu əlaqələr hər iki tərəf üçün maraqlı və faydalıdır.

Siz soruşursunuz ki, V Konqresin əhəmiyyəti nədən ibarətdir? Əhəmiyyəti çox böyükdür. Bu mühüm tədbir müasir dönəmdə qlobal medianın, sosial şəbəkələrin inkişafı kimi çox vacib bir məsələyə həsr olunub. Məlumdur ki, informasiya hər zaman qiymətli “məhsul” olub. Amma son illər bütün dünyada modern texnologiyaların sürətli inkişafı sayəsində obyektiv və operativ informasiyanın dəyəri daha da artıb.

Tədbirdə çox maraqlı müzakirələr aparıldı. Bütövlükdə, bu məsələyə baxış, təbii ki, fərqlidir. Lakin ümumi rəy budur ki, informasiya korporativ maraqlara deyil, humanitar məqsədlərə, sülhün və sabitliyin qorunmasına xidmət etməlidir.

Mən V Konqresdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin parlaq nitqini dərin maraqla izlədim. Özüm üçün xeyli qeydlər götürmüşəm. Nitqdən Azərbaycanın tarixi barədə yeni faktlar öyrəndim. Mənim üçün çox xoş oldu ki, müsəlman şərqində ilk demokratik respublika məhz Azərbaycanda qurulub.

Dövlət başçısının Azərbaycanda multikultural dəyərlərin bərqərar olduğu barədə fikirləri də digər əcnəbi qonaqlar kimi, mənim də diqqətimi cəlb etdi. Hesab edirəm ki, dünyanın bir çox yerində silahlı qarşıdurmaların, zorakılıqların  baş alıb getdiyi vaxtda Azərbaycan xalqının başqa xalqlara və mədəniyyətlərə yüksək tolerantlıq, dözümlülük nümayiş etdirməsi olduqca əlamətdar və təqdirəlayiq haldır.

Bu, Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğuna bir daha dəlalət edir. Yalnız güclü və mədəni xalqlar başqa xalqların tarixinə, yaşam tərzinə, ənənələrinə belə yüksək hörmət və ehtiramla yanaşa bilər.

Çox hörmətli Prezident nitqində başqa bir vacib məsələyə də toxundu. Qeyd etdi ki, Azərbaycan enerji ehtiyatları ilə çox zəngin bir ölkə olsa da, enerji kapitalını insan amilinə çevirməyə çalışır. Əslində, tərəqqi və inkişafın başqa yolu yoxdur. Yaxşı haldır ki, Azərbaycan dövləti, onun lideri gənc nəslin mədəni, intellektual səviyyəsinin yüksəlməsinə bu qədər böyük önəm verir. Azərbaycanda modern texnologiyaların təhsil sistemində geniş tətbiq olunması istiqamətində görülən işlər də rəğbət doğurmaya bilməz.

Azərbaycan dövlətinin başçısı öz nitqində müasir dövrdə qlobal medianı ədalətli olmağa da səslədi. Bu fikirlə də tam razıyam. Jurnalistlər  dünyada haqqın, ədalətin bərpa olunmasına mümkün qədər çox xidmət göstərməlidirlər.

Sonda paytaxt Bakı, onun səmimi, qonaqpərvər sakinləri barədə ürək sözlərimi dilə gətirməsəm, insafsızlıq olar. Xəzərin qoynunda inkişaf edən Bakı həqiqətən gözəl şəhərdir. Bu şəhərin insanları da çox səmimi və mehribandırlar. Bu gözəl  şəhərə bir daha qayıtmaq arzusu ilə şəhərinizdən ayrılıram.

Söhbəti qələmə aldılar:
Məsaim ABDULLAYEV,
Elçin ABBASOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında