Piter Klifton: Dünya mediasının peşəkarları Bakı Konqresindən çox faydalanacaqlar

Beş qitəni, 80 ölkəni və dünyanın 130-dan çox aparıcı xəbər agentliyini təmsil edən 200 nümayəndənin qatıldığı Dünya Xəbər Agentliklərinin V Konqresində iştirakçılar bir-biri ilə təcrübələrini bölüşür, müasir jurnalistikanın imkanlarını və problemlərini müzakirə edirlər. Müzakirələrdə dünyadakı xəbər agentliklərinin sürətlə inkişaf etdiyinin şahidi olduq. Əminəm ki, dünya mediasının peşəkarları Bakı Konqresindən çox faydalanacaqlar.

Bu sözləri Bakıda keçirilən konqresdə iştirak edən Böyük Britaniyanın Press Association agentliyinin baş redaktoru Piter Klifton AZƏRTAC-a müsahibəsində söyləyib.

Piter Klifton deyib: “Prezident İlham Əliyevin dərin məzmunlu çıxışını diqqətlə dinlədim. Azərbaycan Prezidenti ölkənizin bütün sahələrdə inkişafı, buradakı media azadlığı, dövlətinizin bu sahədə qətiyyətli mövqeyi barədə çox dəyərli fikirlər səsləndirdi”.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq Bakının gözəlliyinə valeh olduğunu söyləyib, tədbirin təşkilatçılığını yüksək qiymətləndirib.  P.Klifton Bakı Konqresinin möhtəşəm məkanda keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında