Səməd Seyidov: Azərbaycan qarşılıqlı hörmət əsasında bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır

Azərbaycanın nümayəndə heyətləri bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqq işini müdafiə edib, edir və bundan sonra da edəcək. Bu gün Avropa Şurası Parlament Assambleyasının Büro iclasında da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, ölkəmizin haqq işi ilə bağlı məsələlər qaldırılıb.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə müsahibəsində bildirib.

S.Seyidov qeyd edib ki, Azərbaycan qarşılıqlı hörmət əsasında bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır. Bu gün Azərbaycanın rolu, mövqeyi diqqət mərkəzindədir, çünki Azərbaycan güclü dövlətə çevrilib. Artıq bu gücü, nüfuzu, təsir imkanlarını nəzərə almamaq mümkün deyil. Bu gün təkcə Avropa Parlamenti deyil, ümumiyyətlə, bütün mötəbər beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlıq etməyə çalışırlar və biz bunu yüksək qiymətləndiririk. Ancaq bu əməkdaşlıq, sadəcə, əməkdaşlıq deyil, o Azərbaycanın haqq sözünün çatdırılması istiqamətində işdır.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, ölkəmizin mövqeyinin müdafiəsi istiqamətində aparılan yüksək fəaliyyət bizim üçün prioritetdir. Biz çalışırıq fəaliyyətimizi məhz Prezidentimizin müəyyən etdiyi istiqamətdə aparaq. Bütün bunlar dövlətimizin başçısının apardığı xarici siyasətin müvəffəqiyyətidir.

Xarici siyasət daxili siyasətin davamıdır. Hər iki istiqamətdə Azərbaycanın nailiyyətləri göz qabağındadır. Son günlərdə keçirilən beynəlxalq forumlar, Roma Papasının, xarici ölkələrin dövlət başçılarının, digər yüksək səviyyəli nümayəndələrin Azərbaycana səfərləri ölkəmiz ilə əlaqələrin qurulmasının hər kəs üçün vacib olduğunu bir daha sübut edir.

Beynəlxalq təşkilatlar arasında Azərbaycanla münasibət, konstruktiv əlaqələr qurmaq artıq prioritet təşkil edir. Ancaq Azərbaycana qarşı mənfi cəhdlər də istisna deyil, belə cəhdlərin qarşısını almaq üçün dövlətimizin başçısının ətrafında möhkəm birləşərək mübarizə aparacağıq.

S.Seyidov bildirib ki, Azərbaycan regionda lider dövlətdir. Azərbaycanın mövqeyini hər kəs qəbul etməlidir. Bu gün Azərbaycan öz maraqlarını prioritet kimi ortaya qoyan bir dövlətdir. Ölkəmizin prioritet maraqları beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında