Forum iştirakçılarının fikirləri sosial mediada

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin  Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu  sosial mediada, xüsusilə də tvitter sosial şəbəkəsində müsbət fikirlərlə yadda qaldı.  Belə ki, dünyanın müxtəlif ölkələrindən qatılmış nümayəndələr tədbirin ilk günündən #UNAOCBaku2016 həştəqi ilə forumla bağlı öz təəssüratlarını  müzakirələr gedərkən qısaca olaraq tvitterdə ifadə etmişlər. Forumun ilk günü tədbir iştirakçılarının bir qisminin  fikirlərini  oxuculara təqdim edirik.

AREAİ gənclər  təşkilatının (Afrikada fəaliyyət göstərən bu qurum  fiziki məhdudiyyəti olan uşaq və gənclərin  bərabər təhsil alma imkanları ilə məşğul olur.) təsisçisi Olanrewaju Gideon S:

— Gənclik öhdəlik deyil, əksinə inkişaf üçün bir imkandır.

Meksika təmsilçisi Ana Lucia Marquez:

  —  BMT-nin baş katibliyinin gənclər üzrə elçisi Əhməd Alhendavi forumda öz çıxışında bildirdi ki, dünyanın və BMT-nin gənclik baharına ehtiyacı var. Hökumətlər öz strukturlarını elə formalaşdırmalıdırlar ki, gənclərin orada qərar qəbuletmə imkanları olsun. Mədəniyyətlərarası dialoq ərzaq təhlükəsizliyi və sülhpərvər cəmiyyətlərə nail olmaq üçün əsas vasitədir.

Peru təmsilçisi Jorge Antonio Chavez :

—  Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda ölkəm Perunu təmsil etməkdən və gənc liderlərlə birlikdə olmaqdan qürur duyuram. Bəli, mən deyərdim ki, gənclər dünyanın bu günüdür.

Niderlanddan gəlmiş  UNOY gənclər şəbəkəsinin təmsilçisi Solvi Karlsson :

— Biz, gənclər qlobal hərəkatın bir parçasıyıq,  dünyanı birlikdə dəyişə bilərik."

Demokratik Konqo Respublikasından “Nzolani” təşkilatının təmsilçisi Ornella Nsoki :

—   Gənclərin iştirakı olmadan sülhpərvər cəmiyyətlər yaradıla bilməz.

Rhode İsland Universitetinin professoru, universitet nəzdində media təhsili laboratoriyasının rəhbəri Renee Hobs:

—Bu axşam Bakının  Alov qüllələri həqiqətən də işıq saçır.  Azərbaycan həm də dünya şahmatının ənənəvi güc mərkəzlərindən biridir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında