Rusiya paytaxtında Azərbaycanın idman şərəfi layiqincə qorunur

Elvin Əhmədov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq münasibətlər fakültəsinin III kursunda təhsil alır. İnstitutda təşkil olunan Olimpiya oyunlarında Azərbaycan komandasının sədridir. O, komandanın son dövrlərdə əldə etdiyi uğurlar barədə demişdir:
- Komanda üzvlərinin 90 faizi MDBMİ-nin azərbaycanlı tələbələridir. Biz 11 medal qazanmış və mükafatların sayına görə birinci yerə çıxmışıq. Bu, MDBMİ-nin Olimpiya oyunlarında iştirakı tarixində rekord nəticəsidir. Bizə qədər heç bir komanda bu qədər medal qazanmamışdır. Əlavə etmək istəyirəm ki, komanda oyunları üzrə idmançılarımız bu il daha çox fərqlənmişlər. Məsələn, basketbolda artıq iki dəfə dalbadal birinci yeri tutmuşuq. Estafetdə də qızıl medal qazandıq. Kapitanı olduğum futbol komandası ikinci yeri tutdu. Buna əsl irəliləyiş desəm, səhv etmərəm.
- MDBMİ-də Olimpiya oyunlarının təşkilini əvvəlki illərlə müqayisədə necə qiymətləndirirsiniz?
- Fikirimcə, bu ilin Olimpiya oyunları əvvəlkilərdən daha təşkilatlanmış və maraqlı idi. Buna misal kimi, yarışlarda iştirak edən komandaların sayını və bütün tədbir boyu öz yerlilərini dəstəkləyən azarkeş sayını göstərmək olar. İnstitutun rəhbərliyinə təşəkkürümü bildirmək istərdim ki, onlar bizə idman istedadlarımızı həyata keçirməyə imkan verir.
- Moskvadakı həmvətənlərimizin həyatında idmanın rolu necədir?
- Bilirsiniz, MDBMİ-də oxuyan azərbaycanlı tələbələrin bir çoxu müxtəlif idman seksiyalarına gedir. Bu, göstərir ki, soydaşlarımız nəinki təhsilə, həmçinin idmana böyük diqqət yetirirlər.
- Azərbaycanda idmanın inkişafı barədə fikirləriniz də maraqlıdır...
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafına böyük qayğı göstərir. Dövlət başçımız həmçinin ölkənin Olimpiya Komitəsinin prezidentidir. Cənab İlham Əliyev həm paytaxtda, həm də Azərbaycanın digər şəhərlərində idman obyektlərinin açılışında şəxsən iştirak edir. Bunun nəticəsi olaraq bizim idmançılar beynəlxalq yarışlarda uğurlar qazanırlar. Onu da deyim ki, möhtərəm Prezidentimizin gənclər siyasətinin əsas istiqaməti gənc vətəndaşların sağlam həyat tərzinin təmin olunmasıdır.O, çıxışlarında dəfələrlə qeyd etmişdir ki, bugünkü gənclik ölkəmizin gələcəyidir.
- Sonda arzularınız...
- MDBMİ-də təhsil alan azərbaycanlı tələbə dostlarıma öz təşəkkürümü bildirmək istərdim. Onlar komandanı dəstəkləmiş və mehriban kollektiv yaratmağa kömək etmişlər. MDBMİ Azərbaycan klubunun sədr müavini Natiq Əliyevin də fəaliyyətini qiymətləndirirəm. Çünki o, Olimpiya oyunları keçirilən müddətdə bizimlə olmuş və bizi dəstəkləmişdir...

{nl}

"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında