Azərbaycanda azad və demokratik parlament seçkilərinin şahidi olduq

Bunu seçkiləri izləmiş beynəlxalq müşahidəçilər də təsdiqləyirlər
Azərbaycanda keçirilən seçkilər həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Bu da ondan irəli gəlir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra demokratik proseslərin inkişafına, xüsusilə azad, ədalətli və şəffaf seçki keçirməyə önəmli diqqət yetirilib. Bu gün Azərbaycan beynəlxalq aləmdə artıq demokratik və şəffaf seçki keçirməyə qadir olan müstəqil dövlət kimi tanınıb. Bunu beynəlxalq müşahidəçilərin ölkəmizdə keçirilən seçkilərin nəticələri ilə əlaqədar açıqladıqları rəylər də təsdiqləyir.
Noyabrın 7-də keçirilən parlament seçkiləri də böyük marağa səbəb olmuşdur. 49 ölkədən gəlmiş nümayəndələr, həmçinin beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri seçki prosesində nəticəyə təsir edə biləcək ciddi qanun pozuntuları, zorakılıq halları ilə rastlaşmadıqlarını bildirdilər. Onların bəyanatlarında deyilir ki, seçki prosesi normal və demokratik şəraitdə keçirilib.
Tereza Marqolis, Meksikadan olan müşahidəçi, bu ölkənin nüfuzlu "The News" qəzetinin redaktoru:
- Seçki məntəqələrində apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, parlament seçkilərinə hazırlıq işləri yüksək səviyyədə təşkil olunub. Bunun nəticəsidir ki, seçki prosesində hər hansı bir ciddi qanun pozuntusu ilə rastlaşmadıq. Seçkilərin gedişini izləmək üçün hər cür şərait yaradılıb. Mən gənclərin seçkilərdə fəallığını xüsusilə qeyd etmək istərdim. Bu da Azərbaycanda təhsilli insanların daha çox olması ilə əlaqədardır. Bu isə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasına, habelə ölkədə keçirilən seçkilərin beynəlxalq hüququn normalarına uyğun yüksək səviyyədə keçirilməsinə əlverişli şərait yaradır. Mən müşahidələrim zamanı bunun şahidi oldum. Mərkəzi Seçki Komissiyası seçkilərin azad və şəffaf keçirilməsi üçün böyük işlər görmüşdür. Bunu təkcə mən yox, seçki prosesini izləyən digər beynəlxalq müşahidəçilər də təsdiqləyə bilərlər.
Berhad Hotman, Bavariya parlamentinin deputatı:
- Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda noyabrın 7-də keçirilən parlament seçkiləri Avropa dəyərlərinə uyğun şəkildə baş tutub. Ondan çox seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmişəm. Müşahidə apardığım seçki məntəqələrində hər şey Avropa dəyərlərinə tam uyğun idi. Səsvermə prosesi tam şəffaf idi. Heç kimə zor tətbiq edilmir, seçicilər istədikləri namizədə səs verirdilər. Azad səsvermə üçün hər cür şərait yaradılmışdır.
Azərbaycanda şəffaf səsvermənin təşkili prosesində ən müasir texnologiyalardan istifadə olunması seçki mühitini möhkəmləndirir. Bunu irəliyə doğru atılan addım kimi qiymətləndirirəm. Seçkilərdə həm müxalifətin, həm iqtidarın, həm də bitərəflərin nümayəndələrinin namizəd kimi iştirakı ölkədə fəal seçki mühitinin olmasından və buna normal şərait yaradılmasından xəbər verir. Öyrəndim ki, seçkilərə qatılan müxalifət nümayəndələri də iqtidar nümayəndələri ilə bərabər səviyyədə pulsuz efir vaxtından istifadə etmək hüququna malik olublar. Bütün bunlar seçkilərin bütün mərhələlərinin Avropa dəyərlərinə uyğun baş tutmasından xəbər verir. Ümumiyyətlə, Azərbaycanın seçki sistemi Almaniyanın mövcud seçki sisteminə uyğundur.
Telloman Kadri, Estoniya MSK-nın üzvü:
- Seçki məntəqələrində hər şey beynəlxalq standartlar səviyyəsində idi. Seçki normal və demokratik şəraitdə, sakit tərzdə keçirilirdi. Vətəndaşlar sərbəst şəkildə səsverməyə gələrək səs verirdilər. Bu, demokratik mühitin inkişafı üçün vacib amildir. Seçki məntəqələrində müşahidəçilərin çoxluğu şəffaflıq üçün əlverişli şəraitin yaradılmasından xəbər verir. Yəni hər şey göz qabağındadır. Estoniyada bir seçki məntəqəsində müşahidəçilərin sayı 3-4 nəfərdən artıq olmur. Azərbaycanda isə seçki məntəqələrində 10-15 müşahidəçinin olduğunu gördüm. Özü də onlar müxtəlif namizədləri və siyasi partiyaları təmsil edirdilər. Bu yaxşı haldır. Texniki avadanlıqlardan yetərincə istifadə olunması da diqqətimdən yayınmadı. Mən Azərbaycanda normal, Avropa dəyərlərinə uyğun seçkinin keçirildiyini gördüm.
Estoniyada keçirilən seçkilərdə belə texniki vasitələrdən istifadə edilmir. Bizdə seçkilər adi səsvermə şəklində aparılır.

{nl}

Təqdim etdi: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında