Novruz MƏMMƏDOV: Minsk qrupunun həmsədrləri vasitəçilik missiyasını yerinə yetirə bilmirlər

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında müzakirə olunan qətnamələrə ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi düzgün deyil.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

Son vaxtlar xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri özlərinin monopoliyasına almaq istədiklərini vurğulayan N.Məmmədov deyib: “Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini bildirib. Biz Minsk qrupundan münaqişənin həlli istiqamətində ciddi addımların atılmasını gözləyirik. Əsas məsələ budur. Münaqişənin həlli ilə bağlı heç bir addım atmayan Minsk qrupu başqa qurumlara, təşkilatlara mane olmamalıdır. Halbuki, onların əsas vəzifəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etməkdir. Başqa işlərlə məşğul olmaq lazım deyil”.

“Münaqişənin həlli ilə bağlı bu günədək müxtəlif prinsiplər - Praqa prinsipi, indi Madrid prinsipi, ondan əvvəl digər yanaşmalar olub. Ancaq təəssüflər ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və həmsədrlərin passivliyi səbəbindən münaqişə həll olunmayıb. Burada əsas məsuliyyət həmsədrlərin üzərinə düşür. Minsk qrupunun həmsədrləri vasitəçilik rolunu nəinki yüksək, heç normal səviyyədə də yerinə yetirə bilmirlər. Atdıqları müəyyən addımlar isə müxtəlif yerlərdə müxtəlif fikirlər doğurur”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında