“Moody’s”: Azərbaycanın qonşu ölkələrdən sonra üzən məzənnə rejiminə keçməsi doğru qərar idi

“Moody’s” beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova “APA-Economics”ə müsahibə vermişdir. Həmin müsahibəni ixtisarla oxuculara təqdim edirik.

- Üzən məzənnə rejiminə keçidi gecikmiş qərar hesab etmək olarmı?

- Hökumətin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar neftin sürətlə ucuzlaşmasına bağlıdır. Mərkəzi Bank iki variantdan birini seçməli idi: ya valyuta ehtiyatlarını əritməli idi, ya da üzən məzənnə rejiminə keçməli idi. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti bu qərarı qonşu ölkələrdən sonra atdı. Bildiyimiz kimi, neft ixracından asılı olan Rusiya və Qazaxıstan da üzən məzənnə rejiminə keçib. Beləliklə, Azərbaycan hökumətinin bu ölkələrdən sonra üzən məzənnə rejiminə keçidi milli valyutada olan dövlət büdcəsinə dəstək verdi, daxili istehsala əsaslanan malların rəqabətqabiliyyətliyini artırdı.

- Son proseslər ölkənin suveren reytinqinə necə təsir edə bilər?

- Açığı, bu sual bu sahənin analitiklərinə aiddir. Hazırda Azərbaycanın suveren reytinqi “Baa3” səviyyəsindədir, proqnoz stabildir. Təbii ki, manatın devalvasiyası dövlət büdcəsinə və valyuta ehtiyatlarına müsbət təsir edir.

- Manatın məzənnəsi ilə bağlı müxtəlif proqnozlar səslənməkdədir. Bu söz-söhbətlər bir çox spekulyantlar üçün göydəndüşmə olur. Yaxın perspektivdə manatın məzənnəsi ilə bağlı bir proqnozunuz varmı?

- Manatın məzənnəsi əsasən neftin qiymətinə bağlıdır və bununla bağlı proqnoz vermək çətindir. Hər şeyi neft qiymətlərinin dinamikası göstərəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında