“Azərbaycanda bir kəndin simasında belə xarici dairələrin maraqlarının təmsil olunması yolverilməzdir”

 Müsahibmiz Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafadır:

– Fazil müəllim, Nardaranda baş vermiş son hadislərlə əlaqədar sizin də münasibətinizi bilmək maraqlı olardı.

– Bilirsinizmi, Azərbaycanın  dövlət müstəqilliyini bərpa edilmsinədən bəri həyata keçirilən demokratik proseslər və keçmiş ittifaq respublikaları ilə müqayisədə sürətlə inkişaf etməsi, beynəlxalq əməkdaşlığını yüksək səviyyədə qurması və dünya birliyinə inteqrasiyası bədxahların bir çoxunun ciddi narahatlığına səbəb olub. Xüsusilə, son illər beynəlxalq qurumların öz tədbirlərini Bakıda keçirmələri, Azərbaycanla əməkdaşlığa xüsusi önəm vermələri xarici düşmənlərimizi daha da həyəcanlandırıb. Onlar ölkəmizdə qarşıdurma yaratmaq və Azərbaycanın beynəlxaq aləmdə artan nüfuzuna xələl gətirmək üçün zaman-zaman müxtəlif ssenarilər hazırlayır və bu xəbis niyyətlərini buradakı əlaltıları vasitəsilə həyata keçirməyə cəhd edirlər. Biz dəfələrlə bunun şahidi olmuşuq. Bu dəfə həmin qüvvələr öz niyyətlərini din pərdəsi altında həyata keçirməyə çalışdılar.

– Niyə məhz Nardarandan istifadə olunur?

– Məlumdur ki,  Bakının bu kəndində  həm qanunsuz dini fəaliyyətlə məşğul olan, həm də ki, ölkənin konstitusiya quruluşuna təhdid yağdıran müəyyən cinayətkar qruplaşmalar var. Bununla yanaşı, burada maarifçilik aşağıdır, bəzi adamları ayrı-ayrı dini cərəyanlara cəlb edirlər, sonra da  soraqları “Hizbullah”dan və yaxud, hansısa radikal qrupların tərkibində Suriyadan, eləcə də, başqa ölkədəki savaşlardan gəlir. Nə qədər ki, İslamın doğru anlaşılması, öyrədilməsi, uşaqların səviyyəli təhsil alması mümkün olmayacaq, cəhalət, kin və nifrət qalacaq. İslam dinində əldə silah, daş, küt alət, yandırıcı maddə götürüb savaşmaqmı var? İslam mötədil və cəmiyyət düzənini qoruyan dindir. Hesab edirəm ki, ilk öncə, bu kəndin insanlarını dövlətə qarşı qanunsuz əməllərdən çəkindirmək lazımdır. İkincisi, bütün uşaqların təhsilə cəlb olunması, qızlar üçün ayrıca kollecin açılmasına da çalışmaq vacibdir. Artıq öz fikri formalaşmamış bir uşaq Azərbaycan polisini “kafir” adlandırırsa, o zaman  burada uzun illər gərgin iş aparılacağını indidən söyləmək olar. Son hadisələrdə ölüm faktının baş verməsi üzücüdür, xüsusilə də cinayətkar qrup tərəfindən iki polisimizin şəhid edilməsi geniş ictimai hiddət doğurur. Polisin dini siyasiləşdirmiş və təşkilatlanmış formada təhlükəyə çevrilən qruplara qarşı mübarizə aparması və onları zərərsizləşdirməsi tam qanunauyğun haldır.

– Dekabrın 1-də Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirmişlər. Bu tədbiri necə dəyərləndirirsiniz?

– Dövlətin Nardaranda  keçirdiyi əməliyyat normaldır, cəmiyyət tərəfindən də dəstəklənir. Ümumiyyətlə,  mən həmişə belə hadisələrin qarşısının hüquq-mühafizə orqanları tərəfindən alınmasının tərəfdarı olmuşam. Cinayətkarın nazı ilə oynamaq olmaz.  İstər dindar olsun, istər vəzifəli şəxs, hüquq müdafiəçisi, siyasi partiya sədri – kimliyindən asılı olmayaraq, hər bir kəs törətdiyi qanunazidd əməllərə görə qanun qarşısında cavab verməlidir. Azərbaycan hüquqi, demokratik dövlətdir və ölkənin təhlükəsizliyi bütün vasitələrlə qorunmalıdır. Nardaranda keçirilən əməliyyatı da bu baxımdan tam qanunauyğun hesab edirəm. Onların din anlayışı həddindən artıq barışmaz, radikal, başqa dini görüşə sahib olan insanlara nifrət aşılayan səviyyədə olduğuna görə, hökumətin də bunu təhlükə kimi qiymətləndirməyə əsası var. İnancı siyasətdən ayırmaq lazımdır. Adamlar da öz inanclarını siyasətdən kənar tutmaqla yaşamağı bacarmalıdır.

Hesab edirəm ki, bundan sonra da müəyən tədbirlər davam etdirilməlidir. Əhalinin məşğulluğu ilə bağlı konkret işlər görülməlidir. Məndə olan məlumata görə, bir sıra insanlar işsizlikdən bu proseslərə qoşularlar. Dini inancla dini ideologiyanın hüdudları insanlara izah olunmalıdır. Kiminsə namaz qılması inancı ilə bağlıdır, ancaq başının üstündə, sosial şəbəkədəki profilində başqa ölkənin bayrağını, onun ruhanilərinin şəkillərini yerləşdirməsi, dini mərasimlərdə icazəsiz yürüş keçirilməsi, kiçik uşaqların başının xəncərlə yaralanması dözülməzdir və başqa neqativ mətləblərdən xəbər verir. Yəni, görüləcək işlər xeyli çoxdur.

Azərbaycanda bir kəndin simasında  xarici dairələrin maraqlarının  təmsil olunması yolverilməzdir. Belə halların qarşısı qətiyyətlə alınmalıdır. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti də belə hallara qarşı sərt davranacaq.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında