Seçki qanunvericiliyə uyğun şəkildə təşkil olunub

Yeni Azərbaycan Partiyasının siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadənin Secki-2015.az saytına müsahibəsi

– Parlament seçkiləri ilə bağlı təəssüratlarınız necədir?

– Azərbaycanda seçkilər demokratik, ədalətli və seçki qanunvericiliyinə uyğun şəkildə təşkil olunub. Seçkinin bütün mərhələlərindəki vəziyyətlə bağlı mətbuatda gedən informasiyalar, ayrı-ayrı iddiaçıların bəyanatları göstərdi ki, seçki demokratik şəraitdə keçib. Bu siyasi proses bizə Azərbaycanda seçki mədəniyyətinin formalaşdığını, seçkiyə marağın artdığını və rəqabət şəraitində hakimiyyətin qanunvericilik qolunun yüksək səviyyədə təşkil olunduğunu nümayiş etdirib.

– Seçkiləri izləmək üçün Azərbaycana səfər edən beynəlxalq müşahidəçilərin müsbət qiymətləndirmə apardıqları halda, bəzi kənar qüvvələr ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Bu hansı səbəbdən irəli gəlir?

– Seçki haqqında yalnız prosesi müşahidə edən şəxs danışa bilər. Hazırda xaricdə sifariş əsasında fəaliyyət göstərən müəyyən mərkəzlər seçki prosesində heç bir monitorinq aparmadıqları halda ölkəmiz haqqında fikir formalaşdırmaq istəyirlər. Əlbəttə ki, bu, ciddi qəbul edilmir. Burada açıq şəkildə qərəzli yanaşma özünü göstərir. Məlum çevrələr Azərbaycanla bağlı beynəlxalq aləmdə mənfi rəy yaratmağa çalışırlar. Lakin Azərbaycan açıq cəmiyyətdir, dünyaya sürətlə inteqrasiya edir. Ölkəmizdə gedən prosesləri həm canlı şəkildə müşahidə etmək, həm də mətbuat vasitəsilə izləmək mümkündür. Ona görə də, müəyyən mərkəzlərin Azərbaycanla bağlı yazdığı fikirlərin heç bir əsası yoxdur. İstənilən halda, onların irəli sürdüyü fikirlər reallığa söykənmədiyi üçün xaricdə də ciddi qəbul edilmir.

– Azərbaycanda seçkiləri müşahidə edən bəzi avropalı parlamentarilər də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərə müşahidə missiyası göndərməməsini düzgün qərar hesab etməyiblər.  Bunu sözügedən quruma ciddi siqnal hesab etmək olar?

– ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə bağlı Azərbaycanın mövqeyi ortadadır. Bu qurum müstəqil şəkildə fəaliyyət göstərmir. Büro ATƏT-ə tabe olan adi departament statusuna sahibdir. Lakin bir sıra hallarda onlar özlərini müstəqil fəaliyyət göstərən təsisat kimi qələmə verirlər.

Azərbaycan Büroya əhalinin və seçki dairələrinin sayına uyğun müşahidə qrupu göndərməyi təklif edib. Çünki Büro hər zaman bu meyarlara əsaslanaraq seçki keçirilən ölkəyə monitorinq qrupu göndərib. Lakin bu dəfə Büro qeyri-adi mövqe nümayiş etdirərək, heç bir ciddi əsas irəli sürmədən Azərbaycana müşahidə missiyası göndərməkdən imtina edib. Bununla onlar Azərbaycana qarşı səmimi münasibətdə olmadıqlarını ortaya qoyublar.

Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında