Lyuk Simpkins: Azərbaycan müasir və sabit ölkədir

Avstraliya Liberal Partiyasından deputat, Avstraliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Lyuk Simpkinslə görüşümüz noyabrın 1-də – Milli Məclisə seçkilər keçirilən gün 17 saylı Yasamal III seçki dairəsinin 14 saylı məntəqəsində baş tutdu. Seçkilərin gedişindən razı qaldığını bildirən avstraliyalı deputat suallarımızı da cavablandırdı:

– Öncə, istərdik  ki, Avstraliya-Azərbaycan əlaqələrindən söhbət açasınız. İki ölkə arasındakı əməkdaşlığı necə qiymətləndirirsiniz?

– Sovet İttifaqının süqutundan sonra Azərbaycan müstəqilliyini bərpa etmiş və 1991-ci il dekabrın 26-da Avstraliya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Diplomatik əlaqələrimiz Ankaradakı səfirlik vasitəsilə həyata keçirilir. Azərbaycan 2013-cü ilin iyununda Avstraliyada səfirlik açmışdır və mən paytaxt Kanberrada fəaliyyət göstərən səfirliyin səylərini alqışlayıram.

– Ölkəmiz haqqında təəssüratlarınızı bilmək maraqlı olardı.

– Azərbaycan  yüksək iqtisadi artıma nail olan ölkələrdəndir  və son illər  iqtisadiyyatını xeyli dərəcədə şaxələndirib. Ölkəniz əhəmiyyətli beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsinə qadir olduğunu dəfələrlə təsdiqləyib. Məsələn, bu il Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etmiş, bir neçə il əvvəl isə “Eurovision” mahnı müsabiqəsi Bakıda keçirilmişdir. Həmin tədbirlər Azərbaycanın sürətli inkişafının, beynəlxalq aləmə inteqrasiyasının təsdiqidir. Onları reallaşdırmaqla Azərbaycan möhtəşəm bir ölkə olaraq uğurlarını bütün dünya üçün nümayiş etdirdi. Paytaxt Bakı da məndə xoş təəssürat doğurdu. Ölkənin özü kimi bu şəhər də demokratiyanın çox yaxşı nümunəsidir və burada müxtəlif dinlərə, etnik azlıqlara böyük hörmət görürəm. Biz Azərbaycanın yerləşdiyi coğrafi məkanı  da nəzərə almalıyıq. Belə şəraitdə Azərbaycanın demokratiyanı inkişaf etdirməsi, tolerant ölkə olması, əslində, regionun digər dövlətlərinə nümunədir.

– Azərbaycanda keçirilən seçki prosesini izlədiniz. Rəyinizi bilmək istərdik.

– Bu il noyabrın 1-də  növbəti parlament seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsi ölkənizdə demokratiyanın yüksək səviyyəsindən xəbər verir. Əminəm ki, müşahidəçilər  seçkinin  obyektiv və ədalətli keçirildiyinin şahidi oldular. Eyni zamanda, alternativ siyasi fikirlərə meydan verildiyini də gördük. Düşünürəm ki, bir sıra beynəlxalq qurumlar Azərbaycana qarşı ədalətsizlik etməməli, obyektiv olmalıdırlar. Bunu necə danmaq olar ki, öz qonşuları və faktiki olaraq dünyadakı ölkələrin əksəriyyəti ilə müqayisədə Azərbaycan müasir və sabit  ölkədir.

Mən seçkilərin belə  xoş əhval-ruhiyyə ilə və beynəlxalq standartlar səviyyəsində  başa çatmasını, ümumiyyətlə, Azərbaycanın əhəmiyyətli tədbirləri insidentsiz və yüksək səviyyədə keçirməsini ölkənizin  iqtisadi və siyasi uğuru hesab edirəm. Dini dəyərlərin və etnik azlıqların hüquqlarının qorunduğu yerdə həmişə yüksək səviyyəli demokratiya olur. Mən sonuncu parlament seçkilərində bunun şahidi oldum.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında