“İstərdim ki, bizim ölkəmizdə də seçki məntəqələrinə veb-kameralar quraşdırılsın” Bu fikri belçikalı müşahidəçi səsləndirdi

Azərbaycanda keçirilən seçkilər bir çox yenilikləri ilə beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib. Belçikadan gəlmiş müşahidəçi Gilis Laurentius Bourdouxla  söhbət zamanı da bunun şahidi olduq. Onunla görüşümüz 17 saylı Yasamal üçüncü seçki dairəsinin 14 sayli seçki məntəqəsində baş tutdu.

—Azərbaycanda  keçirilən seçkilərdə qarşılaşdığınız hadisələr sizdə hansı təəssüratı yaradıb?

—Mən ilk dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edirəm. Buna qədər bir sıra ölkələrdə keçirilən seçkilərdə müşahidəçi olmuşam. İlk növbədə onu demək istərdim ki, ölkənizdə keçirilən seçkilərdə şəffaflıq yüksək səviyyədə təmin olunmuşdu. Müşahidə apardığım seçki məntəqələrində diqqətimi ən çox cəlb edən veb-kameralar oldu. Bu üsul şəffaflığın təmin olunmasında böyük rol oynayır. Veb-kameralar vasitəsilə dünyanın istənilən nöqtəsindən seçkilərin gedişini izləmək mümkündür. Bizim ölkəmizdə bu vasitədən istifadə olunmur. Mən bu barədə məlumat verəcəyəm və veb-kameraların şəffaflığın təmin olunmasında necə böyük rol oynaması barədə gördüklərimi izah edəcəyəm.

—Daha hansı yeniliklər sizdə maraq oyatdı?

—Barmaqların mürəkkəblə işarələnməsi. Bu üsul bir seçicinin ikinci dəfə səs verməsinin qarşısını alır. Çox yaxşı üsuldur. Barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsindən sonra yumşaq kağızla silinməsi yüksək mədəniyyətin göstəricisidir. Ümumiyyətlə, mən Azərbaycan xalqının yüksək mədəniyyətə sahib olması barədə çox eşitmişdim. Noyabrın 1-də isə bunun bir daha şahidi oldum.

—Bəzi təşkilatlar Azərbaycanda keçirilən parlament seçkilərini “boykot”a çağırmışdı. Sizin bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.

— Müşahidələrimə əsasən deyə bilərəm ki, digər ölkələrdə keçirilən seçkiləri  boykot etmək çağırışına  heç kimin haqqı yoxdur. Bu, hər bir ölkənin daxili işidir. Kim istəyirsə, müşahidə edə bilər. Ancaq “boykot” çağırışına heç bir əsas yoxdur.

—Azərbaycanda keçirilən parlament seçkiləri barədə yekun qərarınızı bilmək istərdik.

—Açığını deyim ki, mən hər hansı bir qanun pozuntusu ilə rastlaşmadım. Hər şey qanun çərçivəsində oldu. Seçkilər gözlədiyimdən də şəffaf keçdi. Mən öz ölkəmizdəki seçkilərdə də veb-kameraların quraşdırılması barədə məsələ qaldıracağam. Bu üsul şəffaflığın təmin olunmasında böyük əhəmiyyət kəsb edir.

Müsahibəni apardı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında