Rostislav İşenko: Azərbaycanda vəziyyət sabitdir

 “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin icmalçısı Rostislav İşenkonun Secki-2015.az saytına müsahibəsi

– Noyabrın 1-də keçirilən parlament seçkilərinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

– Hesab edirəm ki, istənilən seçki vacibdir. İlk növbədə ona görə ki, hakimiyyətin legitimliyi - xalq mandatı təsdiqlənir. Əgər ölkədə vəziyyət kifayət qədər sakit və sabitdirsə, düşünmürəm ki, o zaman hazırki seçkilər haqqında qeyri-adi nəsə demək olar.

– Rusiyanın Azərbaycandakı parlament seçkilərinə artan marağını necə izah etmək olar?

–Aydın görünür ki, Rusiya KİV-ləri Azərbaycandakı seçkilərə daha böyük diqqət yetirir, nəinki İsveçdə keçirilən seçkilərə. Digər tərəfdən, Azərbaycan MDB-nin üzvüdür və postsovet məkanında  inteqrasiya layihələrinin potensial iştirakçısıdır. Həmçinin, nəzərə almaq lazımdır ki, 24 il əvvəl biz eyni ölkələrdə yaşamışıq.

– İkitərəfli münasibətlər kontekstində Moskvanın seçki sonrası prosesindən gözləntiləri nədir?

– Gözləntilər çox aydın və şəffafdır. Bu gözləntilər seçkilərlə yanaşı, ikitərəfli münasibətlər strategiyasının inkişafına da aiddir.  Moskvada hesab edirlər ki, Azərbaycanla dost, qarşılıqlı maraq doğuran dinamik inkişaf davam edəcək.

– Xəzər regionunun siyasi mühitində hansısa dəyişikliklər gözləmək olarmı?

– Xəzər regionunda siyasi mühit kifayət qədər qəlizdir. “Xəzər beşliyi” çərçivəsində müşayiət olunan siyasi və iqtisadi əlaqələr uzunmüddətli danışıqların  və kompromislərin nəticəsidir.  Hazırki vəziyyətin və ya formatın dəyişəcəyi gözlənilmir.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında