“Azərbaycanda beynəlxalq standartlara uyğun seçki kampaniyası aparılır”

 Milli Məclisə seçki həyəcanı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diasporlarımız arasında da hökm sürməkdədir. Avropadakı Azərbaycan diasporunun seçki mühitini necə dəyərləndirməsi, soydaşlarımızın ölkəmizi istəməyən qüvvələr tərəfindən qarayaxma cəhdlərinə münasibəti və digər məsələlərlə bağlı Avropa Azərbaycanlıları Konqresinin sədri (AAK) Samirə Patzer — İsmayılova Seçki-2015.az saytının suallarını cavablandırıb.

– Samirə xanım, qarşıdan gələn parlament seçkilərinə Avropada müxtəlif yanaşmalar var. Diaspor qurumu rəhbəri olaraq bunu necə izah edərdiniz ?

– Mürəkkəb siyasi vəziyyətə baxmayaraq, Azərbaycanda seçkilərə demokratik, obyektiv şəraitdə hazırlıqlar gedir, ölkədə müasir, beynəlxalq standartlara uyğun seçki kampaniyası aparılır. Bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı qəbul etdikləri qeyri-obyektiv qərarlara baxmayaraq, keçiriləcək seçkilərdə müxtəlif ölkələrdən, o cümlədən Avropadan da çoxsaylı müşahidəçilər iştirak edəcəklər.  — Azərbaycan və Avropanın bəzi qurumlarının münasibətləri bir tərəfdən narahatlıq yaratsa da, eyni zamanda, ölkəmiz məhz bu şəraitdə müstəqil siyasət yürütdüyünü bir daha nümayiş etdirir.

– Sizcə, nəyə görə məhz Azərbaycan hədəf seçilir?

– Bu gün postsovet ölkələri arasında ən güclü təzyiq Azərbaycana edilir. Azərbaycanın strateji cəhətdən mühüm regional mövqeyə malik olması, güclü iqtisadi inkişafı, zəngin resursları, dövlət başçısının uzaqgörən və müstəqil siyasəti bəzi dairələr tərəfindən həzm olunmur.

– Dünyada baş  verən geopolitik proseslərin buna  təsiri varmı?

– Heç kimə sirr deyil ki, yaşadığımız dövr siyasi və iqtisadi cəhətdən qeyri-sabitdir. Biz - Avropada  yaşayan azərbaycanlılar bunu  Yaxın Şərq ölkələrində baş verən “rəngli inqilablar” nəticəsində geopoltik  sarsıntı keçirən və  həmin ölkələrdən gələn qaçqın axınından “boğulan” Avropa məkanında müşahidə edirik. Avropa bu gün,  demək olar ki, çoxsaylı, həllolunmaz  problemlərlə qarşılaşır, sözün əsl mənasında, “demokratiya böhranı” keçirir. Belə qeyri-sabitlik dövründə Azərbaycan öz demokratik quruculuq yolunda inamla irəliləyir, bu isə bəzi qurumları qıcıqlandırır. Bu gün ölkəmizdə çoxsaylı islahatlar keçirilir, dövlətçiliyimiz üçün önəmli  qərarlar qəbul  edilir.

– Diasporlarımızın seçki ilə bağlı fəaliyyəti hansı istiqamətdədir?

–Avropa Azərbaycanlıları Konqresi Azərbaycanı  birmənalı dəstəkləyərək, orada ictimaiyyət nümayəndələri ilə görüşür, izahedici iş aparır, etiraz aksiyaları təşkil edir, onları real həqiqətlər və ölkədə gedən demokratik, quruculuq prosesləri ilə tanış edir.

Konqresimiz Avropa cəmiyyətini Azərbaycandakı demokratik seçki prosesinə dəstək olmağa çağıran bəyanat və müraciətlərlə çıxış edir. Ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində göstərilən biganəliyə qarşı sərt mübarizə aparır və Avropanın bu məsələdə illərdir göstərdiyi qeyri-konkretliyi tənqid edirik.

- Almaniyanın tərəqqipərvər qüvvələri bu məsələdə nə fikirdədirlər?

- Bu gün Almaniyada Azərbaycanı dəstəkləyən xeyli səs var. Məsələn, Bundestaqın üzvləri Eberhard Ginger (CDU partiyası),   Dr.Andre Hahn (Linke partiyası ), Mark Hauptmann (CDU partiyası) “Xəzər dənizi sahilində həyata keçirilən qərarlar” adlı məlumatda (“Franfurkt Algemayne” qəzetində dərc edilmişdir) alman parlamentini qəti şəkildə Azərbaycan ilə siyasi-iqtisadi əməkdaşlığı davam etdirməyə, bu önəmli münasibətləri  dəstəkləməyə çağırırlar. Almaniyanın Liberal Qadınlar Birliyi İdarə Heyətinin üzvü Helqa Daup Bundestaqa ölkəmizi dəstəkləyən  məktublar göndərərək, Azərbaycana qarşı ədalətli münasibət tələb edir.

Alman politoloqu Mattias Dornfeld müsahibələrində Azərbaycanın  iqtisadi potensialını yüksək dəyərləndirib. Bu siyahıya alman mədəniyyət xadimlərini, ziyalılarını da əlavə etmək olar.

Avropa Azərbaycanlıları Konqresi və tərəqqipərvər alman elitası əmindir ki, Azərbaycandakı seçkilər yüksək səviyyədə, şəffaf və ədalətli keçəcək, parlamentə xalqın inamını qazanmış,  layiqli deputatlar seçiləcək.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında