Katya Lel adının özündən asılı olmadan Azərbaycanın "qara siyahısına" düşdüyünə görə təəssüflənir

Rusiyalı populyar müğənni Katya Lel Azərbaycan KİV-lərinə müsahibəsində demişdir: "2005-ci ildə baş vermiş hadisələri artıq neçə ildir ki, xatırlayıram və buna görə çox təəssüflənirəm.
Əhvalat belə olmuşdur. Tanınmış bir adam bizi - rusiyalı artistləri Yerevana konsertə dəvət etmişdi. Orada isə hamımızın təəccübünə rəğmən, bizi təyyarədən düşürdüb vertolyota mindirdilər və harayasa apardılar. Sonradan məlum oldu ki, bizi tamam başqa yerə, yəni Dağlıq Qarabağa gətiriblər və konsert də orada oldu, halbuki bu barədə ümumiyyətlə söhbət olmamışdı. Həmin konsertdən sonra digər artistlər kimi, mən də öz adımı Azərbaycanın "qara siyahısında" gördüm. Mən həmişə deyirəm, artist siyasətdən kənar olmalıdır və mənə belə gəlir ki, həyatda ən əsas məsələ insan olmaq və hamı ilə dil tapmağı bacarmaqdır. Çünki insan həmişə abırlı və səmimi olmaq istəyir. Bizim başımıza gələn bu xoşagəlməz hadisə hələ də düzəlməmişdir. Mən çox ümid edirəm ki, bu səhv düzələcəkdir".
- Bəs Azərbaycan tərəfi öz təəccübünü kəskin şəkildə bildirəndən sonra nə etdiniz, sizi dəvət etmiş adama narazılığınızı bildirmisinizmi?
- Açığını deyim ki, mən o vaxt baş vermiş hadisə barədə fikrimi bu yaxınlarda həmin adama bildirdim. O isə sadəcə olaraq susdu, cavab verməyə söz tapmadı. Mən həmin səfərdə olmuş artistləri tanıyıram və biz tez-tez deyirik ki, Bakını çox sevirik. Şəxsən mən Bakının vurğunuyam, dəfələrlə Azərbaycanda olmuşam. Orada bizi həmişə çox yaxşı qəbul edirdilər, bizə münasibət o qədər səmimi və xeyirxah idi ki, dönə-dönə oraya qayıtmaq istəyirəm. Təəssüf ki, mən bunu edə bilmirəm. Çünki belə bir anlaşılmaz vəziyyət yaranmışdır. Bizdən istifadə etdilər, özü də bunu çox iyrənc şəkildə etdilər. Mən heç fikrimə də gətirə bilməzdim ki, belə şey mümkündür. Ona görə ki, zənnimcə, artist öz yaradıcılığı ilə xalqa, tamaşaçıya yalnız sevinc bəxş edir və özünü bütünlüklə onlara həsr edir. Çox heyfsilənirəm ki, biz, necə deyərlər, durduğumuz yerdə tələyə düşdük.
- Sizin bu təəssüflənməyiniz, özünüz dediyiniz kimi, xoşagəlməz vəziyyətə düşmüş başqa artistlər üçün də nümunə ola bilərmi?
- Əlbəttə. Biz bu barədə çox tez-tez danışırıq. Başqa artist həmkarlarım da buna görə çox təəssüflənirlər. Amma bizə kim kömək edə bilər? Bizi nə üçün bu cür aldatdıqlarına təəccüblənməkdən başqa əlimizdən heç nə gəlmir. Azərbaycanda dostları olan artistlər çoxdur. Biz həmin insanlarla dostluq etmək, ünsiyyət saxlamaq istəyirik. Lakin bizim bu cür imkanımız yoxdur, çünki adımız "qara siyahıdadır". Hamımız daim düşünürük, doğrudanmı bu səhvi düzəltmək olmaz? Hamımız ümid edirik ki, vəziyyət dəyişəcəkdir.
- Bizim xalqımıza nə demək istərdiniz?
- Demək istərdim ki, sizi çox sevirəm, sizin üçün darıxıram və çox ümid edirəm ki, lap yaxın vaxtlarda sizinlə görüşəcəyik, sizinlə birlikdə oxuyacağıq. Çox istəyirəm ki, yaradıcılığımı Bakıda yaşayan insanlara hədiyyə edim, onlara qəlbimi verim, ruhumun bir hissəsini onlarla bölüşüm. Ona görə ki, artist yaradıcılığını insanlara bəxş etmək və onların həyatını daha da gözəlləşdirmək üçün doğulur. Bir daha vurğulamaq istəyirəm, belə vəziyyətin yaranmasına çox heyfsilənirəm. Bizimlə - artistlərlə bu cür davranmaq nəyə lazım idi?! Axı nəticə etibarilə biz özümüzdən asılı olmadan vəziyyətin girovlarına çevrilmişik.
- Belə görünür ki, siz Bakıda konsert vermək istərdiniz?
- Əlbəttə, bunu çox istəyirəm. Mən böyük məmnuniyyətlə sizin ölkənizdə xeyriyyə konsertində çıxış edərdim. Çox istəyirəm ki, Bakıya gəlim, çünki çoxdan orada olmamışam və çox darıxıram. Mənim həm Bakıda, həm də Moskvada bakılı dostlarım çoxdur və biz dostluq edirik. Bakıda görüşənə qədər!

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında