Abid ŞƏRİFOV: Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı gömrük prosedurları sadələşdiriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu xətti fəaliyyətə başladıqdan sonra Azərbaycanda gömrük prosedurları sadələşdiriləcək.

Bu barədə jurnalistlərə açıqlama verən Baş nazirin müavini Abid Şərifov bildirib. Onun sözlərinə görə Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra  üç dövlətin iştirakı ilə gömrük prosedurlarında sadələşmə ediləcəyi gözlənilir. Yük daşıyanlar üçün problemlər yaratmamaq və bu dəmir yolu xəttini cəlbedici bir dəmir yolu xəttinə çevirmək üçün Türkiyə, Gürcüstan və Azərbaycanın sadələşdirmə haqda razılığa gəlməyi önəmli məsələdir,- deyə Baş nazirin müavini bildirib.

Türkiyəyə Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı səfərinin nəticələri barədə məlumat verən Abid Şərifov bildirib ki, bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə tərəfində yaranan problemlər aradan qaldırılıb. Ayda bir dəfə Gürcüstan sərhədində görülən işlərin müzakirəsi ilə bağlı görüşlər keçiriləcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında