Azərbaycanın vergi sistemində tətbiq edilən informasiya texnologiyaları müasir beynəlxalq standartlara əsaslanır

Azərbaycanın vergi xidməti son illər informasiya texnonlongiyalarının tətbiqi istıqanməntində əsaslı modernləşdirmə prosesindən keçmişdir. Hazırda Vergilər Nazirliyi qarşısında informasiya texnologiyalarının tətbiqinin dərinləşdirilməsi, bu sahədə idarəetmə sisteminin gücləndirilməsi, beynəlxalq təcrübəyə əsasnlannan, müasir tələblərə cavab verən yeni uzunmüddətli strategiyanın hazırlanması kimi mühüm vəzifələr  durur. Nazirliyin İnformansiya texnologiyaları və proqram təminatı şöbəsinin rəisi Eyyub İbrahimovla söhbətimizin mövzusu da bu sahədə görülən işlərə və vəzifələrə həsr olunub.

– Eyyub müəllim, Vergilər Nazirliyinin informasiya texnologiyalarının tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərkən ilk növbədə hansı məqamları vurğulamaq lazımdır?

–Vergilər Nazirliyi ölkəmizdə elektron kargüzarlığı və müasir texnologiyaları tətbiq edən ilk mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin həyata keçirdiyi layihələr digər dövlət və özəl qurumlar üçün əsl nümunəyə çevrilib. Müasir informasiya texnologiyalarının istifadəsinin nəticəsi olaraq Vergilər Nazirliyinin Aparatında və yerli qurumlarda işin keyfiyyəti artırılıb, vergi xidməti avtomatlaşdırılıb, vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən bütün xidmətlərdən istifadə imkanı əhəmiyyətli dərəcədə genişləndirilib.–Müasir vergi inzibatçılığının inkişaf etdirilməsi və şəffaflığın təmin edilməsində informasiya texnologiyalarının tətbiqi nə kimi real nəticələr verir?

–Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da əks olunan tapşırıqlar və göstərişlərin Vergilər Nazirliyi tərəfindən vaxtında və tam şəkildə icra edilməsi sayəsində vergi xidmətinin fəaliyyətində şəffaflıq təmin edilib. İnformasiya texnologiyalarının yaratdığı imkanların tətbiqi vergi inzibatçılığının yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Vergi ödəyiciləri, vətəndaşlar və digər şəxslər subyektiv münasibətdən, neqativ hallardan tamamilə azad olub, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam və işgüzar münasibətlər yaranıb. Əminliklə qeyd etmək olar ki, Vergilər Nazirliyi vergi ödəyicilərinə, vətəndaşlara, dövlət orqanlarına və digər qurumlara müasir xidmət təklif edən qurumdur. Vergi qanunvericiliyində nəzərdə tutulan bütün vergi hərəkətləri, müraciətlərə baxılması və münasibət bildirilməsi internet vasitəsi ilə həyata keçirilir.

–Hazırda dünyada vergi sahəsində elektron xidmətlərin sadələşdirilməsi, vətəndaşların istifadəsi üçün mümkün qədər asanlaşdırılması istiqamətində işlər aparılır. Ölkəmizdə vergi ödəyicilərinin işinin asanlaşdırılması istiqamətində hansı işlər görülür?

–Vergilər Nazirliyi təsis olunduğu tarixdən bu günədək bütün sahələr üzrə ardıcıl təkmilləşdirmə işləri aparır. Hazırda vergi ödəyiciləri bütün vergi hərəkətlərini: bəyannamələrin təqdim edilməsini, verginin ödənilməsini və digər zəruri prosessual hərəkətləri onlayn rejimdə aparmaq imkanına malikdir. Bununla yanaşı, Vergilər Nazirliyinin “Çağrı mərkəzi” uğurla fəaliyyət göstərir və bu xidmət vətəndaşların böyük rəğbətini qazanıb.   Bütün bu işlərin nəticəsidir ki, elektron xidmətlərin çeşidinə və keyfiyyətinə görə Vergilər Nazirliyi dövlət qurumları arasında Cənubi Qafqazda lider mövqeyinə çıxıb.   Bununla belə, nazirlik əldə olunan nailiyyətlərlə kifayətlənmir, təkmilləşdirmə işləri aparır, xidmətin daha yüksək olması istiqamətində tədbirlər görür. Yaxın zamanlarda vergi ödəyiciləri daha təkmil elektron xidmətlərdən yararlanacaqlar. İndi istifadə olunan “ASAN imza” və “E-imza” vahid bir qurğuda birləşdiriləcək və eyni sertifikatda həm mobil, həm də kart vasitəsi ilə elektron Asan İD” kart imzanın tətbiqinə başlanılacaqdır. Onu da qeyd edim ki, kameral yoxlamaların da tam avtomatlaşdırılması prosesi başa çatmaq üzrədir. Gələcəkdə vergi ödəyicilərinə və vətəndaşlar üçün elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün yeni layihələr həyata keçirəcəyik. Bu istiqamətdə gördüyümüz işlər davamlı xarakter daşıyır.

–Vergi nəzarəti sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı hansı addımlar atılıb?

–Vergilər Nazirliyində tətbiq edilən AVİS vergi inzibatçılığının tam şəkildə elektronlaşdırılmasına, operativ informasiya mübadiləsinin təmin olunmasına, vergi ödəyicilərinə geniş çeşiddə elektron xidmətin göstərilməsinə, vergi bəyannamələrinin qəbulu və emalı prosesinin sadələşdirilməsinə imkan yaradıb.

Hazırda əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin demək olar ki, hamısı bəyannaməni elektron formada təqdim edir.

2008-ci ilin əvvəlindən ƏDV-nin vahid depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanılıb.

Bununla da ƏDV-nin ödənilməsindən yayınma və digər qeyri-qanuni hallara qarşı yeni səmərəli sxemin tətbiq edilməsinə nail olunub. Vergi ödəyicilərinə təqdim edilən müasir elektron xidmətlər sırasına elektron vergi-hesab fakturalarının tətbiqi də əlavə olunub. Elektron vergi hesab-fakturaları vergi xidməti orqanları ilə vergi ödəyiciləri arasında əlaqələri elektron vasitələrdən istifadə etməklə təmin edir, vergi ödəyicilərinin işini asanlaşdırır. Hazırda vergi ödəyiciləri və digər şəxslər internetlə göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini real vaxt rejimində izləyə və icraçı ilə birbaşa telefon əlaqəsi yarada bilirlər. “Onlayn kargüzarlıq” sistemi vasitəsilə vergi orqanına göndərilən bütün müraciətlər rəsmi sənəd statusu daşıyır. Elektron vergi inzibatçılığı indi elə müasir formada qurulub ki, vergi ödəyicilərinin bütün əməliyyatları, vergi ilə əlaqədar öhdəlikləri real vaxt rejimində nəzarətdədir. Bu isə vergidən yayınma hallarının vaxtında aşkar edilməsinə, dövlət büdcəsinə ödəmələrin  təmin olunmasına yardımçı olur.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında